Bu dərmanlar 76 milyon insanın həyatını xilas edə bilər

07:55 25-09-2023 | icon 261 | Sağlamlıq
Bu dərmanlar 76 milyon insanın həyatını xilas edə bilər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatına görə, qan təzyiqini salmaq üçün nəzərdə tutulan dərmanların əhali arasında yayılması 2023-2050-ci illər arasında 76 milyon insanın həyatını xilas edə bilər.

 

Bu barədə ÜST-ün saytında məlumat verilib.

 

Qeyd olunub ki, dünyada hər üç yetkin insandan biri hipertoniya (yüksək təzyiq) xəstəliyindən əziyyət çəkir və o, insult, infarkt, ürək çatışmazlığı, böyrəklərin zədələnməsi və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

 

1990-2019-cu illər arasında hipertoniya ilə yaşayan insanların sayı iki dəfə artaraq 650 milyondan 1,3 milyarda çatıb. Bu insanların əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə yaşayır və yüksək qan təzyiqi olan hər beş xəstədən dördünün müalicə almaq imkanı yoxdur. Hipertoniya dərmanları ilə müalicə olunan xəstələrin sayının inkişaf etmiş ölkələrin səviyyəsinə uyğun artırılması həm də 2050-ci ilə qədər 79 milyon infarktın və 17 milyon ürək çatışmazlığı halının qarşısını ala bilər.

 

ÜST-ün hesabatında vurğulanır ki, hipertoniyanın profilaktikası, erkən aşkarlanması və effektiv müalicəsi ictimai səhiyyənin ən təsirli tədbirləri sırasındadır və iqtisadi faydası xərcləri təxminən 18 dəfə üstələyir.

 

ÜST həmçinin vurğulayır ki, həyat tərzinin dəyişdirilməsi hipertoniyanın qarşısını ala və ya onu zəiflədə bilər. Bunlara sağlam qidalanma, duz qəbulunu azaltmaq, tütündən, alkoqoldan imtina etmək və müntəzəm fiziki aktivlik daxildir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Məktəblərarası biologiya yarışması keçirilib

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

“4 kəndin qaytarılması faktı Qərbin bu niyyətlərini də gözündə qoydu”