Paşinyanın sülh sazişi MÜƏMMASI
Aydın Quliyev: “Əslində öncəki vəziyyətlə müqaisədə bir qədər fərqli şərait yaranıb”
“Lokal antiterror tədbirlərindən sonra Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması məsələsi yenidən aktuallaşıb. Formal da olsa, əvvəlki dövrlərlə müqaisədə sazişin imzalanma perspektivləri bir qədər aydın görsənir. Yəni əvvəlki dövrlərlə müqaisədə ehtimal bir qədər daha güclüdür ki, sülh sazişi imzalana bilər”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Aydın Quliyev deyib.
Politoloq vurğulayıb ki, artıq Ermənistan rəhbərliyi də - Paşinyan daxil, Ermənistan milli məclisinin sədri daxil açıq bildiriblər ki, ölkələri Azərbaycanla sülh sazişi imzalamağa hazırdır və hətta yaxın həftələrdə və aylarda bu sazişin imzalanması üşün imkanlar var:
“Əlbəttə ki burada Ermənistan rəhbərliyinin nə dərəcədə səmimi olub olmadığı məsələsi müzakirə mövzusu deyil. Ən azından lokal antiterror tədbirlərindən və Ermənistanın çox böyük zərbə almağından, eləcə də Ermənistanın Qarabağdakı separatçılarla əlaqələrinin tam şəkildə kəsilməsindən sonra bu ölkənin sülh sazişi imzalanmasında bir qədər aktivləşəcəyi gözlənilən idi. Nəzərə alaq ki, Avropa Birliyi və Qərb ölkələrində sülh sazişinin imzalanması üçün indi daha yaxşı şəraitin olduğunu dəfələrlə vurğulayıblar. Hətta Rusiyanın prezidentinin mətbuat xidmətinin rəhbəri də sülh sazişinin imzalanması üçün ortada olan ilin maneələrin artıq sıradan çıxdığını bildirib. Peskov açıq şəkildə söyləyib ki, Ermənistanın Qarabağın Azərbaycanın ərazisi kimi tanımasından sonra sülh sazişinin imzalanması üçün elə bir ciddi maneə qalmayıb və tərəflər finişə çıxaraq sülh sazişini imzalamalıdılar”.
A.Quliyev burada iki məsələdə bir az tərəddüd yaradır. Bunlardan biri Rusiyanın həqiqətən sülh sazişinin imzalanmasına dəstək verib verməyəcəyi məsələsidir:
“İndiki hadisələrin təhlili göstərir ki, Rusiya məhz indiki şəraitdə sülh sazişinin imzalanmasına o qədər də ardıcıl və maraqlı deyil. Ən azı ona görə ki, Rusiyanın bölgəmizdə olan sülhməramlı qüvvələrinin statusu hələlik məlum deyil. Belə şəraitdə onun sülh sazişinin imzalanmasında ardıcıl olacağını hələlik qətiyyətlə söyləmək çətindir.
İkinci maneə törədən məsələ isə Ermənistandakı daxili siyasi vəziyyətdir. Orada böyük bir gərginliyin olduğunu bilirik və Ermənistanın siyasi rəhbərliyi hər nə qədər sülh sazişi imzalamağa iradəli olsa da, ölkədəki gərgin siyasi vəziyyətin ona bu sazişi imzalamaq imkanı verib verməyəcəyi bəlli deyil. Yəni daxili gərginlik şəraitində Paşinyanın sülh sazişi imzalanmasına gedəcəyini qətiyyətlə söyləmək çətindir. Hərhalda, sülh sazişinin imzalanması üçün aylar öncəki vəziyyətlə müqaisədə bir qədər fərqli şərait yaranıb”.
TAHİRƏ
Versus.Az
Xəbər lenti
Bələdiyyələrlə bağlı QƏRAR
Yerli özünü idarəetmə orqanını işlək mexanizmə çevirməyin yolları aranır