“Sülh müqaviləsinin imzalanması mümkün ola bilər, amma...”

07:32 26-09-2023 | icon 359 | Qarabağ
“Sülh müqaviləsinin imzalanması mümkün ola bilər, amma...”

Məhəmməd Əsədullazadə: “Ermənistanın antiterror əməliyyatına neytral qalması prosesə müəyyən dinamika verib”

 

“Azərbaycan uğurlu antiterror əməliyyatı həyata keçirtdi və separatizmə son qoydu. Müəyyən bir danışıqlar prosesi gedəcək və bununla da Azərbaycanla Ermənistan arasında Qarabağ məsələsi artıq sülh gündəliyinə salınmamalıdır. Ermənistan daim bunu sülh gündəliyinə salsa da, Azərbaycan bunu qəbul etmirdi”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycanın lokal antiterror əməliyyatının doğurduğu reallıqlarla bağlı açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

 

Politoloq hesab edir ki, lokal anterror əməliyyatları fonunda Ermənistan tərəfinin neytral qalması prosesə də müəyyən dinamika verib:

 

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, antiterror əməliyyatının uğurla yekunlaşması Ermənistan-Azərbaycan sülh müqaviləsində də müsbət təsir göstərə bilər. Qarabağda qalan erməni silahlıları reinteqrasiya prosesinin qarşısını alırdı. Artıq bu gün erməni silahlıları tərksilah edilir. Proses uğula yükunlaşacaq”.

 

Politoloq qeyd edib ki, lokal antiterror əməliyyatından sonra sülh istiqamətində perspektivlər, şanslar yaranıb:

 

“Oktyabrda Avropa İttifaqı vasitəsilə Azərbaycan-Ermənistan liderləri İspaniyada bir araya gələcəklər. Düşünürəm ki, bu görüş əvvəlki görüşlərdən müsbət mənada fərqli olacaq. Artıq Ermənistan tərəf Qarabağdan geri çəkilir. Ermənistanla sülh müqaviləsinin imzalanması mümkün ola bilər, amma bu, ilin axırına kimi deyil, növbəti il mümkün görünür. Əlbəttə ki, Ermənitandakı etiraz aksiyalarının da bu məsələyə müəyyən qədər təsiri var. Nikol Paşinyan da artıq daxili auditoriyadan çəkilir.

Sülh müqaviləsinin imzalanması ona görə tezliklə görsənmir ki, ikitərəfli dövlətlərarası münasibətlərdə çox ciddi problemlər var. İlk növbədə Yol Xəritəsi hazırlanmalıdır. Bundan sonra sülh müqaviləsinin imzalanmasında irəliləyişlər ola bilər”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq