Bərdədə yaşayış binasında PARTLAYIŞ


Bərdədə çoxmənzilli yaşayış binasında partlayış olub.
Hadisə Bərdə rayonu keçmiş məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən 866 saylı binadakı mənzildə qeydə alınıb.
Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir. Hadisə nəticəsində ev sahibi və arvadı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti

Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
"Piyadaların üzərinə su sıçratmaq yolverilməzdir!"