Prezidentlərin Naxçıvan görüşündə diqqət çəkən MƏQAMLAR

14:47 27-09-2023 | icon 386 | Siyasət
Prezidentlərin Naxçıvan görüşündə diqqət çəkən MƏQAMLAR

Könül İsmayılova: “Azərbaycan-Türkiyə qardaşlığı tarixin qızıl yaddaşına həkk edildi”

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana sayca ikinci səfəri də diqqətçəkən məqamlarla yadda qaldı. Görüşün Naxçıvanda keçirilməsi bir mesaj idimi, bunu artıq anlayan anladı. Nəzərə alaq ki, Naxçıvan Azərbaycan ərazisi olsa da, iki ölkənin ortaq dəyərini, tarixini özündə ehtiva edir”.

 

Versus.Az xəbər verir ki, bunu Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini şərh edərkən bildirib.

 

 

Könül İsmayılovanın fikrincə, sözügedən görüşdə diqqət çəkan məqamlardan biri İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi oldu. Onun sözlərinə görə, ümumiyyətlə Türkiyə üçün də bu ərazi hər zaman vacib və strateji olub:

 

“2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Kəmərin əhəmiyyəti çoxdur. Yəni İğdır-Naxçıvan qaz kəməri ilk növbədə Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verəcək. Digər tərəfdən, Naxçıvanın İrandan asılılığına son qoyulacaq”.

 

K.İsmayılova hesab edir ki, Ermənistanla sülh sazişi imzalanarsa gələcəkdə boru kəmərinin Azərbaycan hissəsi daha da uzadıla bilər:

 

“Düşünürəm ki, bu həm də Azərbaycan-Ermənistan-Türkiyə ortaq layihəsi ola bilər. Mövcud boru kəmərlərin otürücülük qabiliyyəti Avropanın istədiyi həcmdən azdır. Buna görə də yeni layihələrə ehtiyac var ki, İğdır-Naxçıvan qaz kəməri də bu baxımdan bu problemi müəyyən mənada çözə bilər. Qeyd edim ki, İğdır-Naxçıvan qaz kəməri Ankara-Bakı-Ərbil stratejik, iqtisadi əməkdaşlığı baxımından da olduqca mühümdür”.

 

Azərbaycan-Türkiyə qardaşlığının hər iki ölkə üçün qürurverici olduğunu vurğulayan K.İsmayılova qeyd etdi ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatların verilməsi Türkiyənin növbəti qardaşlıq addımı idi:

 

“Xatırlayırsınızsa, İkinci Qarabağ müharibəsi zamanı başda cənab Rəcəb Tayyib Ərdoğan olmaqla bütün Türkiyə xalqı bizim yanımızda idi. Bunun ardınca Ərdoğanın o məşhur, dünyanı silkələyən - “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” bəyanatı tarixin qızıl yaddaşına həkk edildi”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

Uşaqları udan bu KABUS həkimdən QORXUR

“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

Əfsanəvi çempionun ustad dərsi keçirilib

Daha bir məktəbdə qızılca aşkarlandı

İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü

“Qəbələ” son çempiona qarşı

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

Ananın yaşayışı görənləri ŞOKA SALDI

Bu ilin ən yaxşı 10 FİLMİ

30 dəqiqə gəzmək ömrü bu qədər artırır

Hafiz Hacıyev 5-ci dəfə prezidentliyə namizəd olacaq

Bu şəxslər 7 min manat CƏRİMƏLƏNƏCƏK