Liderlərin İspaniya görüşü nəyə şahidlik edəcək?

14:15 28-09-2023 | icon 359 | Siyasət
Liderlərin İspaniya görüşü nəyə şahidlik edəcək?

“Vasitəçilərin istəlkəri deyil, bizim istək və atılacaq addımlarımız öməmlidir”

 

Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin oktyabrın 5-də İspaniyanın Qrabada şəhərində planlaşdırılan görüşü regionda cərəyan edən son hadisələrin fonunda birmənalı qarşılanır. Ekspertlər yaranmış situsiyada İspaniyanın Ermənistanın sülh müqaviləsinin imzaladığı Avropa məkanı olaraq da yadda qala biləcəyini ehtimal edir. Gözləntilər müxtəlifdir.

 

Politoloq Natiq Cəfərli bildirib ki, Azərbaycanın öz ərazisini terorçulardan təmizləmək üçün zərgər dəqiqliyi ilə apardığı son 24 saatlıq əməliyyatından sonra tamamilə yeni bir situasiya yaranıb:

 

“Ermənistan Azərbaycanda baş verən bu prosesdən özünü tamamilə kənara çəkdi. Azərbaycan ərazisində heç bir ordu birləşmələrinin, əli silahlıların olmadığını elan edərək, bu məsələyə hərbi yöndən qarışmayacağını elan elədi. Bu bir ilk idi və Azərbaycan prezidenti də öz çıxışında bunu qeyd elədi.

İndiki yaranmış geosiyasi situasiyadan və yaranmış vəziyyətdən belə məlum olur ki, artıq Paşinyanın Moskvaya, ordan gələn təhdidlərə baxaraq sülh müqaviləsini bağlamaq, yaxud hansısa protokolları imzalamaqdan kənarda qalmağa ehtiyacı qalmayıb. Rusiya ilə münasibətlər kifayət qədər gərginləşib. Ona görə də bu danışıqlar zamanı hansısa sənədlərin imzalanması üçün unikal şans yaranıb. Bu həm qarşlıqlı ərazi bütövlüyünün tanınması ilə bağlı protokol ola bilər. Çünki bu bəyanat verilsə də, belə protokollar olmayıb. Ona görə də hər hansı razılaşmanın imzalanması ehtimalı daha yüksəkdir. Əgər Ermənistan tərəfi səmimi şəkildə bu məsələnin həllində maraqlıdırsa, oktyabrın əvvəlində baş tutacaq görüşdə hansısa ciddi protokollar imzalana bilər. Bu da gələcəkdə sülh quruculuğu üçün təməl yarada biləcək ciddi sənəd ola bilər”.

 

Avropa Birliyinin təşəbbüsü ilə görüş yerinin İspaniyada seçilməsinin əvvəlcədən formal ardıcıllıq əsasında seçildiyini deyən politoloq qeyd edib ki, Praqadadan sonra növbəti görüşün İspaniyada olacağı əvvəlcədən söylənmişdi:

 

“Azərbaycan üçün müxtəlif platformalarda danışıqların aparılması çox doğru qərardır. Avroapa Birliyini, Qərbi bu proseslərdən kənarda qoymaq doğru deyil. O zaman Rusiya yeganə monopolist moderator ola bilər ki, bu da maraqlarımıza uyğun deyil. Razılaşdırılmış bir görüşdür. Sadəcə şərait elə yetişib ki, bu görüşdə ciddi nəticələr əldə etmək mümükündür. Artıq Paşinyanın itirəcəyi nəsə yoxdur. Rusiya ilə münasibətələrin kəskinləşməsi fonunda Qərbdə hər hansı müqavilənin imzalanması onlar üçün problem olmamalıdır”.

 

“Vəziyyət Ermənistan-Azərbaycan arasında danışıqlar prosesinə ciddi töhfə verir”

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli tədbirin İspaniyada keçirilməsinin xüsusi məna kəsb etmədiyini deyib. Onun fikrincə, Qərb yeni situasiyada, yeni siyasət ortaya qoymaqdadır.

 

Ekspet bildirib ki, antiterror əməliyyatından sonra artıq bölgədə yeni vəziyyət yaranıb:

 

“Bölgədə olan separatçı regimin qalıqları süquta uğrayıb. Qeyri-qanuni hərbi birləşmələr artıq buraxılıb. Bu vəziyyət Ermənistan-Azərbaycan arasında danışıqlar prosesinə ciddi töhfə verir.  Qarşıdakı görüşdə də Azərbaycan-Ermənistan liderlərinin ciddi razılaşdırmalar əldə etməsi üçün mühit formalaşdırılıb”.

 

Ekspert Azərbaycanın mövqeyinin dəyişməz olduğunu deyib. Bildirib ki, əsas məsələ sülh müqaviləsinin Azərbaycan Xarici İşlər Nazirliynin Ermənistana təqdim etdiyi 5 baza prinsipi əsasında imzalanmasıdır:

 

“Beynəlxalq hüquq normalarına uyğun olaraq dövlətlər qarşılıqlı olaraq ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət etməli, bir- birlərinə qarşı torpaq idialarından imtina etməli, təhdid, hədə tonundan imtina edilməlidir. Yəni normal münasibətlərin qurulması üçün təməl məsələ ölkənin ərazi bütövlüyünün artıq sənədlərdə imzalanması ilə tanınmasıdır”.

 

M.Məmmədli qeyd edib ki, Ermənistan siayasətinin bir-birinə zidd mövqeləri artıq məlumdur. O, son illərdə də Ermənistan hökumətinin bir-birini təkzib edən kifayət qədər ziddiyyətli mövqelər nümayiş edirdiyini önə çəkərək, bu ölkənin hansı addımı atacağı ilə bağlı dəqiq fikir bildirməyi mübahisəli sayıb:

 

“Hər halda irəli getmək üçün müəyyən bir mühit formalaşıb. Avropa iki ölkə arasında sülhə nail olmaq istəyir. Təəssüf  ki, Avropanın, Qərbin bu məsələyə ikili yanaşması var və bu da Ermənistan-Azərbaycan arasında davamlı sülhün yaranmasına maneə olur. Məsələn Fransa, ABŞ-da müəyyən dairələr var ki, hazırda atdığı addımları, açıqlamaları sülh prosesinə ciddi mənfi təsir göstərir. Ermənistanın Azərbaycana münasibətdə haqsız iddialarının qorunub saxalanmasına çalışırlar. Qarabağdakı ermənilərin hüquq-təhlükısizliyi adı ilə ölkəmizin daxili işlərinə qarışılsın.Bu da bütövlükdə Avropanın vasitəçilik misssiyasına mənfi təsir edir. Bütövlükdə ümid edək ki, qarşıdakı görüşdə iki ölkə arasındakı problemlərin həllində ciddi addımlar atılacaq”.

 

“Qranadada bütün şərtlər bizim tərəfimizdən qoyulacaq”

 

 

“Yeni Xətt” Müstəqil Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bildirib ki, biz Qranada görüşündə yalnız qarşı tərəfin xahişlərini dinləyə bilərik:

 

“Ümumilikdə, Azərbaycan ərazi bütövluyünun bərpası istiqamətində atdığı addımlar peşəkar diplomatik xətlə aparılır. Bütün dunya ictimaiyyətinə bəllidir ki, millətimiz haqq mubarizəsində qələbə çaldı. Ölkə başçımız bu prosesi  mükəmməl şəkildə həyat keçirtdi. Ermənistan istər diplamtik, istər siyasi, hərbi, iqtisadi baxımdan bizimlə müqayisə olunacaq səviyyədə deyil. Ona görə də bütün şərtlər bizim tərəfimizdən qoyulacaq. Bu şərtlər beynəlxalq hüququn prinsiplərinə əsasən  tələb olunacaq”.

 

R.Hüseynov görüşdə Zəngəzur dəhlizi məsələsi və antiteror əməliyatından sonra qazandığımız üstünlüklərə hesablanmış digər tələblərimizin təminatı məsələsinin öhdəlik kimi qoyalması ehtimalılnı önə çəkib:

 

“Son bir neçə gün ərzində cərəyan edən hadisələr, istər qarşılıqlı səfərlər çərçivəsində, istər müəyən ölkə rəhbərlərinin səsləndirdiyi ifadələri nəzərə alaraq, Azərbaycan dövlətinin mövqeyi və statusu  mökəmlənərək sürətlə inkşaf edir. Biz bu yaranmış şəraitdən maksiumum yararlanmalıyıq. Azərbaycan heç zaman olmadığı kimi böyük strateji siyasi addılmar atır. Bunu vasitəçilər və dünyanın siyasi kəsimi gözəl anlayır. Ona görə də vasitəçilərin istəlkəri, niyyətləri deyil, bizim istəklərimiz, atılacaq addımlarımız daha öməmlidir. Yaxın illərdə atılan o addımların bəhrəsini xalqımız görəcək”.

 

“Sülh müqaviləsi üçün yollar açılır”

 

Politoloq Natiq Miri bildirib ki, son 24 saatlıq antiterror əməliyyatı regionda tamamilə yeni reallıqlar yaratdı, vəziyyəti kökündən dəyişdi. Onun sözlərinə görə, əgər dünənə qədər sülh danışıqlarında əngəl Qarabağ məsələsi, ermənilərin hüquq və təhlükəsizliyi kontekstində beynəlxlaq mexanizm nəzarəti iddiası idisə, artıq bu məsələ ortadan qaldırılıb. Artıq “danışıqların beynəlxalq mexanizmlərin nəzarəti altında keçirilməsi” ilə bağlı heç kim danışmır. Çünki buna ehtiyac qalmadı.

 

N.Miri eyni zamanda qeyd edib ki, Qarabağda olan separatçı rejim beynəlxalq səviyyədə müstəqil subyekt kimi tanınmamışdı:

 

“Qarabağda qanunsuz rejim və bir onları qoruyan qanunsz silahlı birləşmələr mövcud idi. Azərbaycan bu qanunsuz silahlı birləşmələrin Qarabağdan çıxarılmasını tələb edirdi və bu, tam legitim, hüquqi idi. 10 noyabr sənədində üçtərəfli razılaşdırılmış 9 müddəalı sənədin 4-cü bəndində göstərilirdi ki, Rusiya hərbi kontingenti Qarabağa gəlməsi ilə paralel erməni silahlı birləşmələr ərazidən çıxarılacaq. Rusiya özünün geosiyasi maraqları kontekstində ermənilərin çıxarılmasına nəinki rəvac vermədi, bu üç il ərzində Laçın dəhlizi vasitəsi ilə Qarabağa silah-sursat daşındı. Bu gün təhvil verilən silahların miqyasına baxanda görünür ki, həqiqətən də ərazidə bir ordunu silahlandıra biləcək həcmdə silahlar mövcud imiş. Ona görə də Azərbaycan Qarabağ probleminin həlli üçün yeganə əngəl olan silahlı birləşmləri silahsızlaşdrma prosesinə başladı. Belə bir vaxtda Ermənistan birmənalı olaraq Qarabağda ordusunun olmasını rədd etdi. Əgər Qarabağda olan silahlılar Ermənistan ordusu deyilsə, bu qanunsuz silahlı birləşmələrdir və beynəlxalq hüquqda adı terrorçudur. Onalara beynəlxalq münasibət birmənalıdır: teroroçu varsa ləğv olunmalıdır. Azərbaycanın etdiyi bu idi. Sadəcə olaraq bu əməliyyatı qısa müddətdə, ildırım sürəti ilə, peşəkarcasına və beynəlxalq humanitar hüquq gözlənilərərk apardı. Bu da gələcəkdə Azərbaycanı ittiham etmək istəyənlərin əlindən bütün “silahları2 almış oldu”.

 

Politotloq bildirib ki, Azərbaycanın antiterror əməliyyatı ilə yaratdığı yeni situasiya danışıqlar prosesinin önünü açıb. Onun fikrincə, sülh müqaviləsinə əngəl olan Qarabağ məsələsi aradan qaldırılandan sonra Ermənistanın sülh müqaviləsini imzalamaq üçün ciddi bir problemi qalmayıb:

 

“Belə bir vəziyyətdə Qərb gecikərsə, estafetin Rusiyanın əlinə keçəcəyindən qorxdu. Ermənistan bu prosesi birtərəfli qaydada sabotaj etməzsə,  az ehtimal olunsa da yeni hərbi təxribatlar törədilməsə, bu görüş baş tutacaq. İndiki vəziyyətdə yalnız sülh danışıqları Ermənistanın indiki təhlüklərdən qoruya bilər. Paşinyan Ermənistanı vassal olmaqdan çıxarıb beynəlxalq aləmin müstəqil subyekti olmasını təmin etmək istəyirsə, bunun Azərbaycanala Türkiyə ilə normal münasibətlər sistemi qurmasından keçdiyini anlayır. Deməli, Ermənistan Azərbaycanala sülh müqaviləsinin imzalanmasına ehtiyac duyur. O cümlədən, prosesdə maraqlı olan Qərb istəyir ki, indiyə qədər danışıqlarda əldə olunan nailiyyətlər bir daha təsdiq olunsun, geriyə dönüş olmasın. Bu da ərazi bütövlüyü və suverenliyin tanınmasının yenidən dövlətlər tərəfindən təsdiq olunmasıdır.  Sülh müqaviləsi üçün yollar açılır. Avropa Birliyi səmimidirsə, tərəfsizliyini  pozmayacaqsa Azərbaycan danışıqlar prosesində axıra getməkdə maraqlıdır”.

  

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq