Xalqın inamını fəth edən liderə TƏBRİK

17:38 28-09-2023 | icon 432 | Siyasət
Xalqın inamını fəth edən liderə TƏBRİK

"Sizi nail olduğunuz və xalqa yaşatdığınız qələbələrimizdən dolayı təbrik edirik"

 

Müasir Müsavat Partiyası 44 günlük Vətən müharibəsində əldə olunan Böyük Zəfər, keçmiş məcburi köçkünlərimizin yurd-yuvalarına qayıdışlarının gerçəkləşməsi, 1 günlük lokal xarakterli antiterror əməliyyatlarının uğurlu nəticələri və Xankəndinin azad edilməsi ilə bağlı Azərbaycan prezidentini təbrik edib.

 

Versus.Az xəbər verir ki, təbrikdə deyilir:

 

"Cənab Prezident, Azərbaycan dövlətinin lideri olaraq bu gün elə bir şanlı qələbəyə imza ataraq ölkəmizin adını qızıl hərflərlə tarixə yazmısınız ki, gələcək nəsillər də bu tarixi böyük fəxrlə oxuyacaq, yaşadacaq, nəsildən-nəsilə ötürəcək.


Cənab Prezident, bu gün tarix sübut edir ki, Azərbaycanın başında durmağa layiq lidersiz. Xalqımız sizi əbəs yerə sevmir. Bir xalqın qüruru onun torpağıdır. Siz torpaqlarımızı düşməndən geri almaqla Bütöv Azərbaycanın qürurunu özünə qaytardınız.


Cənab Prezident, sizin əzmlə yaratdığınız güclü ordumuz əmrinizlə qələbədən qələbəyə addımlar ataraq, Sizə - Ali Baş Komandanlarına layiq əsgər olduqlarını göstərdilər.


Siz bütün bunlara həm də iqtisadiyyatımızı gücləndirməklə nail oldunuz. Dövlətlərlə bütün sahələrdə qurulan əməkdaşlıq, ölkələrarası dostluq Azərbaycanı zamanla onun gücünü anlamayanlara da sübut etdi ki, Azərbaycan daha əvvəlki Azərbaycan deyil və bu gün dünya dövlətləri onunla hesablaşmaq məcburiyyətindədir. Məhz 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın bu gün necə bir qüdrətli dövlət olduğunu sübut etdiniz.


Cənab Prezident, Müasir Müsavat Partiyası olaraq hər zaman siyasi kursunuzu dəstəkləşmişik və bu gün də bütün qərarlarınızın yanındayıq. Bu inamı, etibarı, sevgini öz Vətən, dövlət, xalq sevginizlə qazanıbsız.
Cənab prezident, bu müharibələrdə canından keçən igid oğullarımıza diqqət və qayğınız da yüksək səviyyədədir. Şəhidlərimizə əbədi borcluyuq. Allah hər birinə rəhmət eləsin. Sizi nə qədər Şəhidlər versək də, bircə çağırışınızla əlinə silah almağa hazır olan oğullarımızın var olduqları baxımından da təbrik edirik. Xalqın Sizə inamını ifadə edən bu intizamı da dəyərləndirməmək olmur. Vətən oğulları Sizin qətiyyətinizə inanmasaydılar şəhidliyə aparan bu döyüş yolunu seçməzdilər.


Cənab prezident, Sizi nail olduğunuz və xalqa yaşatdığınız qələbələrimizdən dolayı təbrik edirik. Tanrı Sizə yardımçı olsun!"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

Uşaqları udan bu KABUS həkimdən QORXUR

“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

Əfsanəvi çempionun ustad dərsi keçirilib

Daha bir məktəbdə qızılca aşkarlandı

İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü

“Qəbələ” son çempiona qarşı

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

Ananın yaşayışı görənləri ŞOKA SALDI

Bu ilin ən yaxşı 10 FİLMİ

30 dəqiqə gəzmək ömrü bu qədər artırır

Hafiz Hacıyev 5-ci dəfə prezidentliyə namizəd olacaq

Bu şəxslər 7 min manat CƏRİMƏLƏNƏCƏK