Zəngəzur dəhlizi mütləq AÇILACAQ

14:30 29-09-2023 | icon 301 | Siyasət
Zəngəzur dəhlizi mütləq AÇILACAQ

Elşad Mirbəşir: “Burada Azərbaycanın iradəsi, digər subyektlərin maraqları var”

 

“Zəngəzur dəhlizi böyük coğrafiyada yeni əməkdaşlıq imkanlarını yaradacaq. Bu, həm də regionda  daha keyfiyyətli, geniş miqyaslı əməkdaşlıq sisteminin qurulmasına imkan verəcəkdir”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Mirbəşir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganin “Zəngəzur dəhlizi bəyanatını  dəyərləndirərkən bildirib.

 

Deputat qeyd edib ki, Zəngəzur dəhlizinin açılması böyük coğrafiyada yeni komunikasiya imkanlarını təmin edir:

 

“Nəzərə almaq lazımdır ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasaında birbaşa əlaqənin yaradılması hər şeydən öncə Naxçıvanın sosial-iqtisadi və onun təhlükəsziliyinin daha etibarlı təmin olunmasında əlahiddə rol oynayacaqdır. Naxçıvan üzərindən Azərbaycanla Türkiyə arasında birbaşa quru əlaqəsi yaradılacaq. Türkiyə Prezidenti Ərdoğanın da qeyd etdiyi kimi Zəngəzur yolu Azərbaycanla Türkiyə əlaqələrini daha da möhkəmləndirəcəkdir”.

 

E.Mirbəşir Zəngəzur dəhlizinin digər istiqamətlər üzrə də kifayət qədər əhəmiyyətli rol oynadığını bildirib:

 

“Zəngəzur dəhlizi çox mühüm nəqliyyat vasitələrinin vacib kompanentlərindən birinə çevriləcək. Bura həm tarixi ipək yolu, Şimal-Cənub Nəqliyyat Dəhlizi, həm də Orta Dəhliz daxildir. Türkiyə prezidenti Naxçıvanda səfərdə olarkən Qars -Naxçıvan dəmir yolunun çəkilməsi ilə bağlı əməkdaşlıq memarandomu imzalandı. Bu da gələcəkdə Naxçıvana əlavə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə də çıxış imkanı verir. Bu vaxımdan Zəngəzur dəhlizi, həm yeni həyata keçirilməsi nəzərdə tutulan Qars-Naxçıvan dəmir yol layihəsi, həm də bütövlükdə olduqca ciddi dəyişiklikləri ehtiva edəcək”.

 

Deputat Zəngəzur dəhlizinin yaradılmasının 2020-ci il 10 noyabr tarixində imzalanmış birgə bəyanatın 9-cu maddəsində öz ifadəsini tapdığını və bunun Azərbayacn prezidentinin təşəbbüsü ilə baş verdiyini deyib:

 

“Azərbayan Prezidenti Zəngəzur dəhlizinin açılacağı ilə bağlı hər zaman əminliyini ifadə edib. Bu əminliyin əsas göstəricələrindən biri də Azərbaycan seqmentinin əsas hissəsinin əhəmiyytli dərəcədə hazırlanması ilə bağlıdır. Bunu ölkə prezidenti öz çıxışında da vurğuladı. Bu da onun göstəricisidir ki, Zəngəzur dəhlizi mütləq açılacaq. Burada Azərbaycanın iradəsi var, digər subyektlərin maraqları var”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq