ABŞ və Qərb yeni "artsax" layihəsinin icrasına başladı

18:49 30-09-2023 | icon 909 | Geopolitika
ABŞ və Qərb yeni "artsax" layihəsinin icrasına başladı

Erməni separatizmi Rusiyaya köçürülür

 

Son vaxtlara qədər başqalarına "tələ" quran Rusiya indi deyəsən, elə özünün "qazdığı quyu"ya düşür, ABŞ və Qərb Rusiyanı "erməni faktoru" ilə vurmağa çalışır... Qərb strateqləri, Ermənistandan səsləndirilən ərazi iddialarını intensivləşdirməklə, Azərbaycanın Qarabağ bölgəsində dəfn olunmuş "artsax" layihəsini bu dəfə Rusiya ərazisində diriltmək niyyətinə düşüblər...

 

ABŞ və Qərb Rusiyaya qarşı siyasi-psixoloji savaşı dərinləşdirir. İndi bu savaşda əsas "geopolitik alətlər"in sırasında Ermənistana xüsusi yer ayrılmış kimi görünür. Hətta "rahat istifadə özəlliyi" olan "erməni faktoru" daha ön plana çıxarılmağa başlayıb. Və bu baxımdan, Rusiya üçün yeni deqradasiya ssenarilərinin işə salındığı qətiyyən şübhə doğurmur.

 

Təbii ki, ilk baxışdan bir ovuc erməninin Rusiya kimi nəhəng və güclü dövlətin dağıdılmasında oynaya biləcəyi rol inandırıcı görünməyə də bilər. Ancaq keçmişin örnəklərini nəzərə alanda "erməni faktoru"nun bəzi hallarda məkrli planlarda müəyyən təsirə malik olduğu da inkaredilməz reallıqdır. Və nə qədər qəribə də olsa, bundan başqaları faydalansa da, ən çox ziyan çəkən məhz erməni toplumu olur.

 

Vaxtilə keçmiş SSRI-nin parçalanıb, dağıdılmasında "erməni faktoru"ndan istifadə edilmişdi. ABŞ və Qərb keçmiş SSRİ ərazisində erməni separatizminə bağlı ssenariləri işə salmaqla, Sovet İttifaqının çöküşünü sürətləndirmişdi. Və Qərbdə bu xain toplumun "faydalı potensial"ını hələ unutmayıblar, növbəti dəfə istifadə etmək niyyətindədirlər.

 

ff46f85a6f7716afea452049b8c6e007a.jpeg (81 KB)

 

Məsələ ondadır ki, Ukrayna savaşı başlandıqdan sonra ABŞ və Qərb postsovet dövlətləri sırasında Rusiyaya qarşı yalnız Ermənistanı açıq hərəkətə keçirtməyə nail oldular. Halbuki, Ermənistan Rusiyanın hərbi müttəfiqidir. Üstəlik, bu uydurma "dövlət" Rusiyanın patronajlığı altında olan KTMT-nın da üzvüdür. Və Qərb çox asanlıqla, Ermənistan üzərindən Rusiyaya qarşı yeni deqradasiya əməliyyatı başlatmağı bacardı.

 

Əvvəlcə Ermənistanda ABŞ və Qərbin "rəngli inqilab" metodu ilə hakimiyyət dəyişdirildi. Ardınca Qərbə xidmət edən Paşinyan hakimiyyəti vasitəsilə Rusiya əleyhinə propoqanda prosesi başladıldı. Paşinyan hakimiyyətinin apardığı əks təbliğat qısa müddətdə Rusiyanı Ermənistanın müttəfiqindən və himayədarından düşməninə çevirdi. Və bu proses Rusiya üçün böyük önəm daşıyan bütün istiqamətləri əhatə etdi.

 

Məsələ ondadır ki, hazırda iki dövlət arasında qəlizləşən münasibətlər rəsmi İrəvanın Rusiyanı Ermənistanın müstəqilliyinə ən böyük təhdid elan etməsinə qədər korlanıb. Rəsmi İrəvan Rusiyanın patronajlığı altında olan KTMT-dan Ermənistanın tədricən çıxması prosedurunu da artıq işə salıb. Yəni, ABŞ və Qərb Rusiyanın nüfuzunu zədələməklə yanaşı, KTMT-nı da məhz Ermənistanın vasitəsilə dağıtmağa çalışır. Və rəsmi İrəvan artıq Rusiyanı deyil, məhz Fransanı Ermənistanın "əsl müttəfiqi" elan edib.

 

Ancaq ABŞ və Qərbin əsas hədəfi yalnız bunlarla məhdudlaşmır. Hazırda Qərb strateqlərinin "erməni faktoru"ndan Rusiya qarşı istifadə etmək üçün daha uzaqgedən planlar qurduğunu düşünmək üçün əsaslar olmamış deyil. Hər halda, keçmiş SSRI-yə qarşı uğur qazanmış ssenarinin indi birbaşa Rusiyaya qarşı tətbiq oluna biləcəyi müşahidə olunur. Və Rusiya ərazisində belə ssenarilərin müəyyən nəticələr verməsi üçün də münbit şərait mövcuddur.

 

Məsələ ondadır ki, ABŞ və Qərb Cənubi Qafqazda son 35 ildə istifadə olunmuş erməni separatizmini və terrorizmini indi Rusiya ərazisinə daşımağa çalışır. Qərb strateqləri artıq sınaqdan çıxarılmış "dağıdıcı faktor"un - erməni separatizminin Rusiya ərazisində də effektiv ola biləcəyinə ümid bəsləyirlər. Hər halda, bunun üçün kifayət qədər ciddi resurslar da mövcud olduğu da inkaredilməz reallıqdır.

 

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB)

 

Birincisi, Rusiya ərazisində çox sayda erməni yaşayır. Üstəlik, bu nəhəng ölkədə ermənilərin kompakt yerləşdiyi bölgələr də mövcuddur. Onların sırasına Armavir, Soçi, Krasnodar kimi Rusiyanın iri şəhərləri də daxildir. Yəni, belə Rusiya şəhərlərində erməni separatizminin effektiv olma ehtimalı istisna deyil. Və yəqin ki, Qərb strateqləri bu məqamları nəzərə alıblar.

 

Digər tərəfdən, Rusiyada güclü erməni diasporu fəaliyyət göstərir. Erməni mənşəli bir çox şəxs Rusiyanın biznes dairələrində önəmli imkanlar qazana bilib. Eyni zamanda ermənilər Rusiyanın siyasi idarəçilik sisteminə yerləşməyi də bacarıblar. İndi onlar Rusiya dövlət orqanlarında kifayət qədər yüksək mövqeləri ələ keçirdiklərindən Kremlə qarşı müəyyən təsir mexanizmlərinə sahibdirlər.

 

Nəhayət, Rusiyanın informasiya məkanı erməni diasporu tərəfindən tamamilə işğal olunub. Rusiyanın rəsmi dövlət propoqandası erməni tezisləri ilə yönləndirilir. Rusiyanın nəhəng mətbuat qurumları məhz erməni mənşəli şəxslər tərəfindən idarə edilir. Nəticədə erməni diasporu Rusiyanın maraqlarına zərbə vurmağı, Kremlin bəzi önəmli ölkələrlə münasibətlərini korlamağı da bacarırlar.

 

Ona görə də, ABŞ və Qərbin erməni separatizmini Rusiya ərazisinə keçirməsi bu ölkədə daxili ictimai-siyasi böhranın yaranmasına səbəb ola bilər. Üstəlik, bu prosesin başladılması üçün ilkin addımların artıq atılmaqda olduğu da müşahidə olunur. Belə ki, son vaxtlar Ermənistanda müxtəlif səviyyələrdə Rusiyaya qarşı dolayısı ilə ərazi iddiaları irəli sürülməkdədir. Və indi bu iddiaların məhz Paşinyan hakimiyyətinə yaxın şəxslər tərəfindən səsləndirilməsinə də təsadüf olunur.

 

3d107a676f63b4b95b2c610cfc9a996f.jpg (196 KB)

 

Məsələ ondadır ki, Ermənistan baş qərargah rəisinin keçmiş müşaviri Vladimir Poqosyan açıq mətnlə Rusiyaya qarşı ərazi iddialarını sadalayıb. O, bildirib ki, Armavir, Soçi, Krasnodar və Krım erməni ərazidir. Ermənistanın həmin əraziləri Rusiyadan tələb etmək hüquqları mövcuddur. Və bu, Rusiya üçün yaxın gələcəkdə reallığa çevrilə biləcək erməni separatizminin ilkin əlamətləri də hesab oluna bilər.

 

Maraqlıdır ki, Vladimir Poqosyan bu iddiaları "Sputnik Armeniya"nın vasitəsilə səsləndirib. Halbuki, bu media qurumu məhz Rusiyanın dövlət büdcəsindən maliyyələşdirilir. Ona Marqarita Simonyan adlı erməni qadın rəhbərlik edir. Üstəlik, bu erməni qadın məhz ermənilərin iddia etdikləri Krasnodar şəhərində doğulub. Və bu, onu göstərir ki, Kreml Rusiyanın propoqanda maşınını ermənilərə təslim etməklə, böyük bir səhvə yol verir.

 

Belə anlaşılır ki, son vaxtlara qədər başqalarına tələ quran Rusiya indi özünün qazdığı quyuya düşmək üzrədir. ABŞ və Qərb Rusiyanı "erməni faktoru" ilə vurmağa çalışır. Çünki Rusiyaya qarşı ərazi iddialarının gündəmə gətirilmısinin arxasında nəhəng bir gücün olduğu qətiyyən şübhə doğurmur. Əks halda, ermənilərin buna cəsarəti çatmazdı.

 

Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb erməni separatizmini bu dəfə Rusiya ərazisində hərəkətə gətirməyə cəhd edir. Qərb strateqləri Azərbaycanın Qarabağ bölgəsində dəfn olunmuş "artsax" layihəsini Rusiya ərazisində diriltmək niyyətinə düşüblər. Yeni "artsax" üçün Rusiya ərazisində seçilmiş məkanlar isə Paşinyan hakimiyyətinə yaxın şəxs tərəfindən artıq elan edilib.

 

Elçin XALİDBƏYLİ
/siyasi ekspert/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq