Ermənistana verilən LİMİT BİTDİ

11:08 02-10-2023 | icon 616 | Siyasət
Ermənistana verilən LİMİT BİTDİ

Könül İsmayılova: "Nə Ermənistana, nə onun havadarları, nə də separatçılarına ayıracaq zamanımız yoxdur"

 

"Bu gün artıq Azərbaycan bütün Qarabağı inkişaf etdirir, gücünü Qarabağ iqtisadi zonasında dirçəlişə, müasirliyə sərf edir. Artıq nə Ermənistan, nə onun havadarları, nə də separatçı qüvvələrinə ayrılacaq zaman yoxdur. Onlara verilən limit bitdi..."

 

Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışını şərh edərkən bildirib.

 

K.İsmayılova vurğulayıb ki, al qırmızı üçrəngli bayrağımız Ağdərədən, Xocavənddən, Xocalıdan, Xankəndidən tutmuş dalğalanmaqdadır. Artıq bu tarixi ərazilərimizə nəzarət də Azərbaycandadır:

 

"Qarabağ yüksək səviyyədə, özü də sürətlə inkişaf edir. Cənab İlham Əliyevin dediyi kimi, Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. Öz kökünə dərindən bağlı olan xalqımız yurd-yuvalarına qayıdışı səbrsizliklə gözləyirdi. İnşa işləri məhz sakinlərimizin 30 illik həsrətinin bir az daha uzanmaması üçün sürətli, davamlı aparılır. Artıq Zəngilanda Ağalıda məskunlaşma var. Şəhərin Baş planı da təsdiq edilib. Təxminən 2025-ci ildə böyük köç başlayacaq. Laçında doğma ocaqlar işıqlandırılıb, Füzulidə də məskunlaşmalar var. İlin sonuna kimi yurd-yuvasına qayıdanların sayı artacaq və artdıqca da düşmənin son ümidləri üzüləcək".


Könül qeyd edib ki, Ermənistan istəməsə də, Qarabağdan əlini çəkmək məcburiyyətindədir. Onun sözlərinəgörə, gah Rusiyanın, gah Fransanın, Qərbin qoltuğuna sığınmaqla ən böyük yanlışını edən Ermənistan nəhayət ki, Azərbaycanın sülh sazişi ilə bağlı şərtlərinə boyun əyir:

 

"İndi Qarabağdakı erməni əsilli vətəndaşlarımız da Ermənistanın, hətta Rusiyanın pasportu ilə dəyil, məhz Azərbaycan pasportu ilə yaşamına davam edəcək. Təbii ki, getmək istəyənlərə yol hər zaman açıqdır.
Və əlbətdə ki, bu gün bu ünsürlərin aqibətindən danışmaq istəmirəm. Diqqətlər Qarabağın inkişafına yönəlib. Azərbaycanlıların qürurla izlədikləri bu möhtəşəm mənzərə 30 illi həsrətimizin, acımızın, ağrımızın zəfər nidasıdır. Nə xoş bizə ki, bu günləri görmək, bu tarixi yaşamaq nəsibimiz oldu.


Bu gün keçmiş məcburi köçkünlərin doğma vətəndə işlə təmin olunması məsələsi də gündəmdədir və bu yöndə də ciddi işlər gedir. Bölgələrdə iş yerlərinin yaradılması üçün də Azərbaycan yalnız öz büdcəsindən yararlanır. Bunun özü güc dövlətlərinə bir mesaj deyilmi?!


Ölkəmizin başçısı çıxışında qeyd edib ki, bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Rəqəmlərə diqqət edin və düşünün, 44 günlük müharibədən indiyədək bu qədər irəliləyişimiz olubsa bu, Azərbaycanın iqtisadiyyatının gücündən xəbər vermirmi? Bununla yanaşı Qarabağ ermənilərinə yardımların göndərilməsi düşmənlərimizə də diqtə etdi ki, Azərbaycanın güclü iqtisadiyyatı nəinki özünə, qonşularına da yetər.


Azərbaycan ictimaiyyətinin nümayəndəsi olaraq ölkə başçımızın yanında olduq və daim də olacağıq. Tanrı Azərbaycan dövlətini qorusun!"

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT