Bakıda Avropa İttifaqının dəstəyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

17:18 20-02-2019 | icon 357 | Siyasət
Bakıda Avropa İttifaqının dəstəyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

 

Fevralın 22-də Bakıda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi" layihəsi çərçivəsində konfrans keçiriləcək.

 

Versus.Az  Milli.Az-a istinadən bildirir ki, layihənin əsas məqsədi ölkədə iqtisadi islahatların həyata keçirilməsi və monitorinqi prosesində tələb olunan daha keyfiyyətli statistik məlumatlarla istifadəçiləri təmin etmək üçün Dövlət Statistika Komitəsinın potensialının gücləndirilməsidir. Buna nail olmaq üçün milli statistika sisteminin beynəlxalq və Aİ standartlarına tam uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir. 

Konfransda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və layihə üzrə Aİ-nin tərəfdaş ölkələrindən biri kimi Litva Statistika Departamentinin Baş direktoru xanım Vilija Lapeniene açılış nitqi ilə çıxış edəcəklər.

Bundan əlavə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təmsilçisi "Avropa İttifaqı daxilində və xaricində yüksək keyfiyyətli statistikanın istehsalı üçün Avropanın öhdəliyi", İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev "Azərbaycanın iqtisadi inkişafını dəstəkləmək üçün yüksək keyfiyyətli statistik məlumatlara artan ehtiyaclar", Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi direktorunun müşaviri Firdövsi Fikrətzadə isə "Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün yüksək keyfiyyətli statistikanın vacibliyi" mövzusunda çıxış edəcəklər.

 

İkinci sessiyada layihə üzrə fəaliyyətlər və aralıq nəticələr təqdim olunacaq, "İCON" İnstitutunun Statistika şöbəsinin rəhbəri Ronald Delemont, layihənin qrup rəhbəri Rimantas Juozas Vaicenaviciusun çıxışları dinləniləcək.

Qeyd edək ki, 2020-ci ildə başa çatacaq bu layihə 4 komponenti əhatə edir. Bunlar "Makroiqtisadi göstəricilər üçün istehsal indekslərinin təkmilləşdirilməsi və istehsalçı qiymət indekslərinin əhatə dairəsinin genişləndirilməsi", "Statistik məlumatların beynəlxalq səviyyədə və sektorlar arasında müqayisə olunmasına imkan yaratmaq məqsədilə müəyyən edilmiş sahələrdə mövcud beynəlxalq statistik təsnifatların tətbiqi", "Aİ tərəfindən maliyyələşdirilmiş Tvinninq layihələri və digər tərəfdaşlıqlar nəticəsində təkmilləşdirilmiş mövcud statistik fəaliyyətlərin həyata keçirilməsi", "Keyfiyyətli statistikanın istehsalı üçün DSK-da çalışan və digər maraqlı tərəflərlə fəaliyyət göstərən statistiklərin və digər həmkarların potensialının təkmilləşdirilməsi" komponentləridir.

Konfransda digər dövlət orqanlarının, Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq təşkilatların, Aİ-na üzv dövlətlərin səfirliklərinin nümayəndələrinin və KİV təmsilçilərinin iştirakı nəzərə tutulub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür