Gələn ilin buraxılış və qəbul imtahanlarının məzmununu HAZIRLANACAQ

11:09 03-10-2023 | icon 294 | Təhsil
Gələn ilin buraxılış və qəbul imtahanlarının məzmununu HAZIRLANACAQ

Dövlət İmtahan Mərkəzində (DIM) 2024-cü il buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanması məqsədilə fənlər üzrə işçi qruplarının işinə start verilib.

 

Bu barədə mərkəzdən məlumat verilib.

 

DİM-də Azərbaycan dili, Azərbaycan dili (dövlət dili), ingilis dili və informatika fənləri üzrə işçi qruplarının ilk iclası keçirilib.

 

Gündəlik məsələ imtahan proqramları və imtahanların modelinə uyğun sınaq imtahanı variantlarının müzakirəsi olub.

 

İclaslarda Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva işçi qruplarının üzvlərini iş planı ilə tanış edib və fəaliyyətlərində uğurlar arzulayıb. A.Batıyeva qeyd edib ki, buraxılış və qəbul imtahanlarının proqramları və onlarla bağlı əlavə materiallar sentyabr ayında DİM-in saytında yerləşdirilib.

 

Beləliklə, şagirdlər və abituriyentlər dərs ilinin əvvəlindən proqramların məzmunu və ədəbiyyat siyahısı ilə tanış ola bilərlər.

 

Daha sonra iclaslarda sınaq imtahanı variantlarının müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə, istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.

 

İşçi qruplarının növbəti iclası oktyabrın 9-da olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

Uşaqları udan bu KABUS həkimdən QORXUR

“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

Əfsanəvi çempionun ustad dərsi keçirilib

Daha bir məktəbdə qızılca aşkarlandı

İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü

“Qəbələ” son çempiona qarşı

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

Ananın yaşayışı görənləri ŞOKA SALDI

Bu ilin ən yaxşı 10 FİLMİ

30 dəqiqə gəzmək ömrü bu qədər artırır

Hafiz Hacıyev 5-ci dəfə prezidentliyə namizəd olacaq

Bu şəxslər 7 min manat CƏRİMƏLƏNƏCƏK