İki Milli Qəhrəmanımızın şəhadətə ucaldığı gündür

11:29 03-10-2023 | icon 674 | Şəhidlər və şahidlər
İki Milli Qəhrəmanımızın şəhadətə ucaldığı gündür

Bu gün Azərbaycanın Milli Qəhrəmanları Əliyar Əliyevin və Yuri Kovalyovun şəhid olduqları gündür.

 

Versus.Az xatırladır ki, Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub.

 

1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.

 

Milli Qəhrəmanımız yunan-Roma güləşi üzrə dəfələrlə respublika çempionu, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub.

 

Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib.

 

 

1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.

 

O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib.

 

Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub.

 

Tikanlı zəmi yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

 

Digər işğal altında olan torpaqlarımızla birlikdə Qubadlı da düşmən tapdağından azad edildikdən sonra Milli Qəhrəmanımızın qəbri bərpa olunub. Qəbirdaşı hazırlanaraq ətrafı səliqəyə salınıb.

 

Digər Milli Qəhrəmanımız Yuri Petroviç Kovalyov isə 29 may 1965-ci ildə Göyçay rayonunda anadan olub.

 

 

O, 1990-cı ildə Daxili İşlər Nazirliyinin tabeliyindəki xüsusi polis bölmələrinin sıralarına qoşulub və tez-tez Qarabağa ezamiyyətə gedib. Qəhrəmanlığı və cəsarəti sayəsində qısa müddətdə Kovalyov əfsanəyə çevrilib və ermənilər onun başı üçün mükafat təyin ediblər.

 

Yuri və silahdaşları ən qanlı döyüşlərdə vuruşublar, ən çətin tapşırıqları yerinə yetiriblər.

 

O, 26 yaşında, 1991-ci il oktyabrın 3-də Xocavənd bölgəsində erməni işğalçılarla döyüşdə snayper gülləsinə tuş gəlib. Şəhidin iki qız övladı qalıb.

 

Azərbaycan Respublikası Prezidentinin 5 iyun 1992-ci il tarixli sərəncamı ilə Yuri Kovalyov ölümündən sonra “Azərbaycan Milli Qəhrəman” adına layiq görülüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 fevraldan sonra nələr baş verəcək?

DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

Uşaqları udan bu KABUS həkimdən QORXUR

“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

Əfsanəvi çempionun ustad dərsi keçirilib

Daha bir məktəbdə qızılca aşkarlandı

İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü

“Qəbələ” son çempiona qarşı

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

Ananın yaşayışı görənləri ŞOKA SALDI

Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

Bu ilin ən yaxşı 10 FİLMİ

30 dəqiqə gəzmək ömrü bu qədər artırır

Hafiz Hacıyev 5-ci dəfə prezidentliyə namizəd olacaq