Fransa daha da QICIQLANIB
Fuad Əliyev: "Paris Ermənistanı yeni müharibəyə təhrik edir və hazırlayır, amma..."
“Azərbaycan işğal altında olan torpaqları azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Elə bu güc Fransanın təşvişdə saxladığına işğalçı Ermənistanı bir qucaqlamağa başlayıb”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi ekspert Fuad Əliyev deyib.
O, qeyd edib ki, antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bütün ərazilərdə bərpa etməsindən sonra regionda 30 ildən çox davam edən münaqişəni bitməsi Fransanı daha da qıcıqlandırıb:
"Rəsmi Paris işğalçı Ermənistana bu dəfə açıq formada hərbi dəstək vermək niyyətindədir. Fransanın müdafiə naziri Sebastyan Lekornyu deyib ki, Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. Prezidert Makron şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir. Makron bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir. Fransadan gələn bu bəyanastlar göstərir ki, Paris Ermənistanı yeni müharibəyə təhrik edir və hazırlayır. Amma Paris yanılır və səhv mövqedə olduğunu bir daha görəcək. Fransanın əsas məqsədi Ermənistana dəstək yox, bölgədə qarşıdurma yaratmaqdır. Fransanın müstəmləkəçi siyasəti tarixən sülh və əminamanlığın təmin olunmasında yox,müharibə və münqaişələr üzərində qululub. Tarixə nəzər salaq, tarixən Fransa Azərbaycana, azərbaycanlılara qarşı vəhşi və cinayətkar siyasət yürüdüb. Fransa təcavüzkar qüvvələri 1918-ci ilin mart-aprel aylarında Güney Azərbaycanın Salmas, Xoy, Sulduz, Urmiya, Muğan və digər ərazilərinə silahlı basqınlar edərək azərbaycanlıları kütləvi şəkildə qətlə yetirib, evlərini dağıtmışlar".
Fuad Əliyev onu da vurğulayıb ki, Fransa digər sivil xalqlara qarşı da qəddar siyasət aparıb. Onun sözlərinə görə, təkcə, Əlcəzairdə Fransa hərbçiləri 1,5 milyon insanı qətlə yetirmişlər:
"Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bugünədək Əlcəzair tərəfinə təqdim etmir. Tarixi faktlar göstərir ki, Fransa müstəmləkə siyasətini qanlı formada həyata keçirib. 1960-cı ildə Fransa əsgəri birlikləri Cibutiyə daxil olaraq insanları küçədə, evlərində təqib etmiş, nəticədə 100 minlərlə insan öldürmüşlər. Fransa Cad və Qabon torpaqlarında da soyqırımı həyata keçirmiş, islam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir".
AYSEL
VersusAz
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"