Azərbaycanın beynəlxalq əməkdaşlıqlarının bitməyən SİYAHISI
Könül İsmayılova: “Azərbaycanın beynəlxalq əməkdaşlıqları mükəmməl və tamamdır”
“Prezident İlham Əliyevin oktyabrın 2-də 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edərkən Müstəqil ölkə kimi Azərbaycan çox gənc olmasından, Müstəqilliyimizin əvvəlində üzləşdiyimiz yoxsulluqdan danışaraq bu günümüzlə müqaisə etdi”.
Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxşını şərh edərkən bildirib.
K.İsmayılova qeyd edib ki, Azərbaycan 10 ildən artıqdır beynəlxalq kosmik ailənin üzvüdür və artıq bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir:
“Məlum olduğu kimi, Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Xatırlayırsınızsa, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etmək şərəfinə Azərbaycan 120 dövlətin yekdil qərarı ilə layiq görüldü. Avropa institutları ilə əməkdaşlığımız uğurla inkişaf edir. Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannaməmiz var. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüyük”.
Bu siyahının saydıqca bitmədiyini vurğulayan K.İsmayılovanın sözlərinə görə, Azərbaycanın beynəlxalq əməkdaşlıqları mükəmməl və tamamdır:
“Cənab Prezident üç il əvvəl 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzün bərpasından danışarkən tarixə diqqət çəkdi. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyümüz vaxtlar yoxsul ölkə idik. Daxildə xaos yaradan qüvvələr bu vəziyyətdən istifadə etdilər. Nəhayətdə xalqın istəyi ilə ümummili liderimiz Heydər Əliyevin qayıdışı təmin edildi ki, bundan sonra gələcək üçün perspektivlərə yol açmaq yönündə işlərə başlandı. Amma bu, 10-20 il ərzində başa gələn bir iş deyildi və zamana etiyac vardı. Ulu öndrin siyasi kursunu davam etdirən cənab İlam Əliyev bu gün artıq Heydər Əliyevin vəsiyyətlərini yerinə yetirib”.
SEVDA
versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"