Prezidentin Qranada görüşündən imtinası ALQIŞLANDI
Fuad Əliyev: "Prezident müstəqil siyasət apardığını bir daha sübut etdi"
“Prezident İlham Əliyevin Qranada görüşündən imtina etməsini alqışlayıram”.
Versus.Az xəbər verir ki, bunu ölkə başçısının Qranada görüşündən imtinası ilə bağlı açıqlamasında prezidentliyə eks-namizəd Fuad Əliyev bildirib.
Fuad Əliyevin sözlərinə görə, Prezident İlham Əliyev bununla müstəqil siyasət apardığını hamıya bir daha sübut etdi:
“Biz qalib xalqıq və heç kim bizə heç nəyi diktə edə bilməz. Bu qalib hissləri bizə müzəffər əsgərlərimiz və Ali Baş Komandan İlham Əliyev yaşatdı. Azərbaycanın təkçə regionda yox, dünyada nüfuzunu qaldıran məhz prezident İlham Əliyevdir. İlham Əliyev müstəqil siyasət apararaq hamıya sübut etdi ki, Azərbaycanla hesablaşmaq lazımdır. Və Prezident İlham Əliyevin Qranada görüşündən imtina etməsini alqışlayıram. İmtina etməsinin səbəbini də çox düzgün əsaslandırıblar. Birinci, Türkiyənin iştrakına icazə verilməməsi. İkincisi, Fransanın destruktiv addımları. Niyə Azərbaycan-Erməistan görüşündə Fransa istrak etməlidir, Türkiya isə yox? Regionda sülhün bərqərar olması üçün Fransa heç nə etməyib. Əksinə, neytral olmaq əvəzinə, açıq-aşkar Ermənistanı dəstəkləyir. Artıq Paris rəsmiləri Ermənistana silah vermək niyyətindədirlər. Bu yaxın günlərdə, Azərbaycan-Fransa, parlamentlərarası dostluq qrupu öz fəaliyyətini dayandırıb. Dolayısı ilə bu, bizimlə bütün əlaqələrin pozulması deməkdir. Yəqin ki növbəti addım Fransa səfirinin geri çağırılması olacaq".
F.Əliyev hesab edir ki, destruktiv bəyanatlara görə Fransanın iştrakı ilə olan bütün görüşlərdən imtina etmək lazımdır. Onun sözlərinə görə, Fransa Qarabağda yaşayan ermənilərin "müdafiəsinə qalxaraq", dünya ictimaiyyətinə yalan, həqiqətdən uzaq məlumatlar verirlər:
"Güya Qarabağda etnik təmizləmə olub. Bu yalanı BMT-nın Qarabağa gedən missiyası və Rusiya sülhməramlıları təkzib edib. Onlar öz hesabatlarında bildiriblər ki, Qarabağda yaşayan ermənilərə heç bir təzyiq olmayıb və Azərbaycanı tərk etmələri öz qərarlarıdır. Azərbaycan öz növbəsində Qarabağda qalan ermənilərin reinteqrasiyasına başladı. Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi və digər təşkilatlar Qarabağda fəaliyyətə başlayıblar. Fransanın Azərbaycana qarşı olan bu siyasəti Azərbaycana qarşı məkrli siyasətdir. Altmış beş milyonluq Fransa altı yüz minlik ermənilərin girovundadır. Fransa ermənilərin işğalından azad olunmalıdır. Fransa bizimlə normal münasibətləri bərpa etsə, işğaldan necə azad olmaq yollarını bəlkə onlara məsləhət verərik”.
Aysel Azimqızı
versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"