"Reinteqrasiyanı regionun əzəli sakinlərinə şamil etmək uğurlu deyil"
Hikmət Babaoğlu: “Reinteqrasiya” ifadəsi ərazimizdə yaşayan ermənilərə daha uyğundur”
““Reinteqrasiya” cəmiyyətdaxili münasibətlərə aid olan termin olduğuna görə bunu regiona, yaxud coğrafiyaya şamil etmək mümkündür. Bunu həmin regionun əzəli sakinlərinə şamil etmək uğurlu deyil”.
Versus.Az xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu işğaldan azad olunan ərazilərdə başlanan reinteqrasiya prosesinin daha çox kimlərə şamil olunması ilə bağlı açıqlamasında bildirib.
H.Babaoğlu qeyd edib ki, “Reinteqrasiya” siyasi, diplomatik termin kimi yaxşıdır. Amma onu qanunlaşdırmaq, üstəlik eyni coğrafiyada yaşayan, o mühiti dərindən bilən insanlara şamil etmək uğurlu olmaz:
“Azərbaycanlını öz əraziisinə reintiqrasiya etmək həm temantik, həm hüquqi terminalogiya baxımından qüsurlu ola bilər. O zaman bu, “Xankəndidə yaşamış insanların köçüb Xankəndidə yaşaması nəyə reinteqrasyadır”- sualını yarada bilər. Çünki o, bu coğrafianın adamıdır. Eləcə də “Azərbaycan cəmiyyətinin, özünün özünə reinteqrasiyası” ifadəsi də uğurlu deyil. “Reinteqrasiya” ifadəsinin ərazimizdə yaşayan ermənilərə şamil olunması daha uyğundur”.
TAHİRƏ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"