"Bundan sonra da erməni məkiri davam edəcək"

13:20 05-10-2023 | icon 492 | Siyasət
"Bundan sonra da erməni məkiri davam edəcək"

Tahir Kərimli: “Ermənilərin Azərbaycandan zorla çıxarılması ilə bağlı heç bir tarixi sənəd yoxdur”


“Etiraf edim ki, belə tezliklə Xankəndidə olacağımıza inanmırdım. Əlbəttə ki, haqq-ədalətin öz yerini tapacağına şübhəm yox idi. Ona görə də ordumuza, xalqımıza, Ali Baş Komandana təşəkkür edirəm, Ordu yaratdı və cəngavər kimi oğlanlarımız vətən, qeyrət hissi ilə düşmənin üzərinə getdilər. Erməni bizim təkcə elektron gücümüzü görmədi, həm də xalqımızın əzmini, döyüş ruhunu, kişiliyini, mərdliyini, vətəni üçün ölümə hazır olduğunu gördü. Uzun illər əyilən qamətimiz dikəldi”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Tahir Kərimli Azərbaycan dövlət xidməti orqanlarının Xankəndiyə getməsi və erməni əsilli əhalinin ərazilərimizdən köçüb getməsinin arxasında gizlənən iddialarla bağlı açıqlamasında bildirib.

 

Deputat qeyd edib ki, bundan sonra da erməni məkiri davam edəcək. Beynəlxalq məhkəmələrə müraciət edib müdafiə olunmağa qalxacaqlar. Amma biz mövqeyimizdə haqlıyıq, geri çəkilən deyilik:

 

“Tarixi faktlar, hüquq Azərbaycanın tərəfindədir. Ermənilərin Azərbaycandan zorla çıxarılması ilə bağlı heç bir tarixi fakt, heç bir sənəd yoxdur. Ermənilərin bu günkü uydurmaları da cəfəngiyyatdan başqa bir şey deyil.
Amma ermənilərin Qafqaza köçürülməsi ilə bağlı kifayət qədər sənədlər var. Məlumdur ki, 1840-cı ildə çar Rusiyası erməniləri ərazilərimizə köçürəndən sonra erməni vilayətini, sonra Dağlıq Qarabağ Vilayətini yaradıb. 1948-ci il və ondan sonra bir neçə dəfə azərbaycanlılar indiki Ermənistan ərazilərindən -Qərbi Azərbaycandan deportasiya edilib. Ona görə də, emənilərin Azərbaycana qarşı hansısa “etnik təmizləmə” iddiası baş tutmayacaq”.



T.Kərimli bildirib ki, ermənilərin ərazilərimizdən çıxıb getməsini bizə qarşı istifadə etməyə çalışan xarici qruplar, hər zaman hüquqa deyil, ikilistandartlı fəaliyyəti ilə seçiliblər:

 

“Beynəlxalq aləmdə erməni diasporaları güclüdür. Onları gücləndirən Rusiya, Fransa, Amerika və digər xiristian mərkəzləri öz maraqları müstəvisində əllərindən gələni ediblər. Biz unutmamalıyıq ki, Azərbaycanda 700 min məcburi köçkün olanda, bütün ərazilərimiz dağıdılıb viranə qoyulanda, soyqırım törədiləndə həmin o dövlətlərin, təşkilatların səsləri çıxmadı. İndi ermənilər könüllü olaraq ərazilərdən gedir deyə, narahat olublar. Bizim insanlar qaçqın düşəndə piyada, nə əza-əziyətlə gəlmişdilər. Amma bunlar maşınla, rahat şəkildə əşyalarını yığıb gedirlər. Amma bunu da özlərinə qarşı etnik təmizləmə kimi təqdim etməyə çalşırlar. Amma heç nə edə bilməyəcəklər, hüquq, ədalət bizim tərəfimizdədir və kimsənin onu pozmasına yol verilməyəcək”.

 

T.Kərimli bütün bunlarla yanaşı hesab edir ki, bu gün millət bir olmalıdır. Onun sözlərinə görə, elə bir zamandır ki, iqtidara müxaliftə olmaq olar, amma dövlətlə yox:


“Bu gün tam olaraq qəbul edirik ki, Ali Baş Komandan həm diplomatik, hərbi, həm də iradə əzmi ilə bu dövləti qələbəyə apardı. Tutaq ki, Makron kimi erməni bacısı zəng edib, “Parisin meri sərhəddən buraxılmalıdır”, deyəndə, Azərbaycan prezidenti buna qətiyyətlə “yox” dedi. Deməli, qəti mövqeyimiz var. Mənim əslimdə 3 şəhidim, 2 qazim var. Amma ürəyimdə fərəh var. Onların valideynləri bilir ki, övladları nahaq ölmədi. Birinci Qarabağ müharibəsinin şəhidlərini düşünəndə həmişə narahatlıqla “qanları nə vaxt alınacaq”-deyirdik. Bax həmin ədalət bu gün bərpa edildi”.


T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...