"Heydər Əliyev İli"ndə ən böyük HADİSƏ

15:00 05-10-2023 | icon 285 | Siyasət
"Heydər Əliyev İli"ndə ən böyük HADİSƏ

Musa Qasımlı: “Bu, ölkəmizin bütün ərazisində dövlət suverenliyimizin təmin edilməsidir”

 


“Ulu öndər Heydər Əliyevin 2023-cü ildə yeri işğalçıların torpaqlarımızdan qovulması, sərhədlərimizin üzərində tam nəzarətin əldə edilməsi və nəhayət sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antirerror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyimizin təmin edilməsidir”.


Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı 2023-cü il Heydər Əliyev ilinin tarixi əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

 

M.Qasımlı bildirib ki, 2023-cü il tariximizə böyük dövlət və siyasət adamı ulu öndər Heydər Əliyevin 100 illiyi kimi daxil olacaq. Bu il ölkəmizdə və xaricdə çoxlu toplantılar keçirilib. Lakin ən böyük hadisə ölkəmizin bütün ərazisində dövlət suverenliyimizin təmin edilməsidir. Onun fikrincə, bu, sadəcə işğlçıların ölkəmizin ərazisindən qovulması, sərhədlərimiz üzərində nəzarətin qurulması və dövlət suverenliyinin bərpa olunması ilə bağlı deyil. Onun çox geniş anlamı var:

 

“Heydər Əliyev ilində Ermənistana, erməni dairələrinə, dünya erməniliyinə böyük bir zərbə vuruldu. Bu ildə qazanılan qələbə özünün əhəmiyyətinin miqyasına görə Azərbaycan coğrafiyasını, Cənubi Qafqazı və dünyanı əhatə edir. Ermənistan yaranışından heç bir zaman belə ağır zərbə almamışdır. Düna erməniliyinə, Ermənistanı müdafiə edənlərə ağır zərbə endirildi. Bir neçə əsr ölkəmizə qarşı və millətimiz əleyhinə qurraşdırılan oyunları müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev darmadağın elədi. Böyük bir tarixi hadisədir”.

 

M.Qasımlı hesab edir ki, bundan sonra dünyada ermənilərin böhranı dərinləşəcək. O, terrorçu xislətində olan ermənilərin bundan sonra da bizim dövlət, siyasi ictimai xadimlərə qarşı terror aktlarını planlayacaqlarını, səfirliklərimizə, konsulluqlarımıza qarşı terror hərəkəti törədəcəklərini istisna etməyib:

 

“Həmişə olduğu kimi ermənilər yenə də əleyhimizə çirkin kampaniya başladacaqalar. Beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə iftiralar yağdıracaqlar. Amma bunların heç biri nəticə verməyəcək. Düşünürəm ki, 2023-cü il Heydər Əliyev ilində bütün ərazilərimizdə əldə etdiyimiz dövlət suverenliyimizin bərpası, bundan sonrakı minilliklər tariximizdə daim yaşayacaq”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...