Erməni faşizminin CƏZALANMA DÖNƏMİ

15:31 05-10-2023 | icon 343 | Siyasət
Erməni faşizminin CƏZALANMA DÖNƏMİ

Əli Mustafa: "Vətəndaş mövqeyimizlə dövlətin yanında olmalıyıq"

 

“30 il müddətində Azərbaycanın Qarabağ ərazisində məskən salan və orada “boz zona” yaratmağa çalışan erməni separatçı rejiminin rəhbərlərinin həbsi dünyanı ciddi faktlar qarşısında qoyacaq. Bu həbslər, Azərbaycan ərazilərinin uzun müddət işğal altında qalması və orada formalaşan separatçı rejimin dövlətin qanunlarına qarşı çıxaraq, ölkə ərazisində terror yuvası yaratması, bütövlükdə regionda revanşizmin genişlənməsi gerçəkliyini təqdim edəcək. Searatçı rejimin rəhbərlərinin həbsi və onların mühakiməsi zamanı ortaya çıxan dəlillər, sübutlar dünya ictimaiyyətinə çatdırılmaqla erməni vandallığının əsl simasının təqdimatı baxımından da əhəmiyyətli olacaq”.

 

Versus.Az xəbər verir ki, bunu hüquqşünas, siyasi ekspert Əli Mustafa separatçı rejimin həbsi ilə bağlı şərhində bildirib.

 

Əli Mustafa eyni zamanda qeyd edib ki, Qarabağda məskən salan separatçı rejimin rəhbərlərinin həbsi bir çox gerçəkliyi ortaya qoydu:

 

“Separatçıların həbsi onu göstərdi ki, sərhədlərimiz və təhlükəsizliyimiz etibarlı qorunur. Digər bir tərəfdən Azərbaycan dövləti müstəqil siyasət yeridir, xarici təsirlərə qarşı qətiyyətli iradə sərgiəyə bilir və cinayətkarların həbsini həyata keçirdir. Bir daha göründü ki, Azərbaycan hüquq-mühafizə orqanları preşəkar işləyir və cinayətkarları tapıb ortaya çıxara bilir. Eləcə də Azərbaycanın Dövlət Təhlükəszilik Xidməti Qarabağa nəzarət edə bilir və cinayətkarları aşkar edib həbs edir. Cinayətkarların tutulması və cəzalandırılması Azərbaycan dövlətinin öz iradəsini müstəqil şəkildə ortaya qoyduğunu göstərir”.

 

Ə.Mustafa cinayətkarların həbsi və əməllərinin dünya ictimaiyyətinə çatdırılması üçün ciddi işlərə ehtiyac duyuldyğunu deyib. Onun fikrincə, informasiya siyasəti Azərbaycan dövlətçiliyinin ayaq üstə qalmasının bir nömrəli şərtlərindən biridir. Azərbaycan milli maraqlarına xidmət edən informasiyaların dünya çapına çatdırılması üçün ciddi işlərə, peşəkar menecer fəaliyyətinə ehtiyac var. Ekspert qeyd edib ki, dövlət bu sahədə siyasətinin uğurlu alınması üçün ciddi imkanlar yaratmalıdır:

 

“Biz dünyanı Azərbaycan həqiqətlərinə inandırmalıyıq. Dünya cinayətkarların həbsinin səbəblərini bir daha öyrənməlidir. Bu həbslər, bu gün baş verən çox ciddi hadisələrdir. Biz bunu ikinci dünya müharibəsindən sonra faşist rejiminin tör-töküntülərinin axtarılması, tapılması, mühakimə edilməsi, Nürinberq, Tokio, Yuqaslaviya tribunalları ilə müqayisə etməliyik. 30 il ərzində cinayətkrlar əl-qollarını sallayıb ərazilərimizdə gəziblər. Heç bir cəza almayıblar. Nəhayət ədalət zəfər çalır. Azərbaycan əraziyə nəzarəti təmin edəndən sonra ilahi ədalət Azərbaycanda öz yerini tutur. Qanunların bu bölgədə işləməsini təmin edir. Cinayətkarların tutulması da qanunların aliliyinin təminatı kimi təqdim olunmalı, başa düşülməlidir".

 

Ekspert bu kontekstdə Azərbaycan insanlarının uzun illər bu cinayətkarların qurbanları olaraq böyük müsibətlər yaşadığı nümayiş olunmasını vacib sayıb:

 

“Azərbaycan xalqına qarşı erməni faşizmi tərəfindən böyük soyqırımlar törədilib. Erməni faşizminin cəzalanma dönəmi gəlib. Biz bütövlükdə cəmiyyət olaraq dövlətin bu işində ona dəstək verməli, vətəndaş mövqeyimizlə yanında olmalıyıq”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...