“Bundan sonra da mürəkkəb proseslər gedəcək"

15:45 05-10-2023 | icon 333 | Siyasət
“Bundan sonra da mürəkkəb proseslər gedəcək"

Qulu Məhərrəmli: “Bu, bir daha dünyaya bəyan elədi ki, etnoseparatizmin heç bir perspektivi yoxdur”

 

“Azərbaycanın Qarabağ üzərində öz suverenliyini bərpa etməsi və mümkün olan bütün vasitələrdən istifadə edərək xunta rejimini darmadağın edib, rəhbərlərini həbs etməsi ciddi beynəlxalq hadisədir və dövlətlər tarixində ən parlaq, yaddaqalan səhifələrdən biridir”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert, professor Qulu Məhərrəmli separatçı regimin rəhbərlərinin həbs olunmasının əhəmiyyəti ilə bağlı şərhində bildirib.

 

Q.Məhərəmli qeyd edib ki, bugünkü dünyada aqressiv millətçilik, separatizm, etnoseparatizm hərəkatı geniş yayılıb. Avropanın özündə, Asiya ölkələrində etnik qrupların ölkə daxilində mərkəzi hakimiyyətə tabe olmaması və bu prosesdə beynəlxlq hüquqda “millətlərin öz müqəddəratını təyin etməsi” kimi maddəyə istinad etməsi ciddi problemlər yaradır.

 

Ekspert 30 il Azərbaycanın bu problemlə üz-üzə qalaraq hansı maneələrlə qarşılaşdığını önə şəkib. Onun sözlərinə görə, beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, beynəlxalq ictimaiyyətin əleyhimizə olduğu bir şəraitdə dövlətimiz məsələni çox uğurla həll edə bildi:

 

“Bu, digər separatçı hərəkatlara bir mesajdır. Bu, bir daha dünyaya bəyan elədi ki, etnoseparatizmin heç bir perspektivi yoxdur, dövlət müstəqilliyi, istənilən dövlətin suverenliyi, onun ərazi bütövlüyü, öz ərazisi üzərində hakimiyyətin bərpa olunması əsas faktorlardan biridir. Və bütün dövlətlərin müstəqilliyi suveren hüquqları buna söykənir”.

 

Q.Məhərrəmli hesab edir ki, bu prosesdə Azərbaycanın güclü diplomatik vasitələrdən istifadə etməsi, tarixi şəraiti düzgün dəyərləndirməsi, addımlarını düzgün seçməsi çox ciddi rol oynadı:

 

“Bundan sonra da mürəkkəb proseslər gedəcək. Ermənilər bir müddət yenə də "insan haqları, qaçqın- köçkün" bayatılarını çalacaqlar. Amma nə olursa, olsun Qarabağda yaşayan ermənilərin müstəqillik mənasında heç bir siyasi gələcəyi yoxdur. Azərbaycan Ordusu, diplomatiyası, müstəqil Azərbaycan dövləti bu məsələyə son qoydu.”

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...