Bir daha separatizm dalğasının olmayacağına etibarlı ZƏMANƏT

16:00 05-10-2023 | icon 355 | Siyasət
Bir daha separatizm dalğasının olmayacağına etibarlı ZƏMANƏT

Aydın Quliyev: “Onların cəzalanmasını Azərbaycan cəmiyyəti, beynəlxlq dairlər də gözləyir”

 

“30 ildir bizim ölkənin içərilərində kök atmış separatizm, xunta rejimi məhv edildi və bu, tarixi əhəmiyyəti olan siyasi hadisədir. Sadə insanları separatizmə yönəldən, separatçı qurumu inkişaf etdirib, möhkəmləndirməyə çalışanlar məhz xunta rəhbərləri idi. Onlaırn cəzalandırılması bu gün öz rolunu oynayır”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Aydın Quliyev Qarabağda xunta rejiminin həbsi ilə bağlı açıqlamasında bildirib.

 

Onun fikrincə, bu hadisə bir daha Qarabağın həqiqətən Azərbaycan əraziləri olduğunu dünya qarşısında sübut edir, ermənilərin bu ərazilərlə bağlı dünyaya qəbul elətdirmək istədikləri ideologiyanın tam əsassız olduğunu göstərir. Ekspert hesab edir ki, xunta rejimi başçılarının həbs olunması, gec də olsa hüququn və ədalətin təntənə çalmasının bariz nümunəsidir:

 

“Əslində biz Xankəndidə 30 il fəaliyyət göstərmiş xunta rejiminin rəhbərlərinin cəzalandırılacağına şübhə etmirdik. Xunta rejimi Azərbaycan insanına, əmlakına, qarşı, insanlıq və bəşər tarixinin tanımadığı cinayətləri törədiblər. Separatizm hərəkatını alovlandırıb, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozublar. İnsanları günahsız şəkildə, məhz türk, müsəlman olduqlarına görə qətlə yetiriblər. Ona görə də onların cinayətləri Azərbaycanın ərazi bütövlüyünün suverenliyinin pozulması cinayəti kimi xarakterizə olunmaqla yanaşı, həm də bəşəriyyətə, insanlığa qarşı və müharibə qanunlarının pozulması cinayətləri kimi xarakterizə olunur. Onların cəzalanmasını Azərbaycan cəmiyyəti, beynəlxlq dairlər də gözləyir”.

 

A.Quliyev hesab edir ki, etnik ermənilərin timsalında separatçıların həbsi, başqa etnik mənsubiyyəti olan şəxslərin bir daha separatizm haqqında düşünməyəcəklərinə bir qarantiya yaradıb:



“Hər kəs görür ki, Azərbaycan dövləti qanunlar və konstitusiya çərçivəsində hər bir millətdən olan xaqların toxunulmazlığına və inkişafına təminat verir. Belə bir şəraitdə Azərbaycana qarşı separatçılıq əməllərini törətmək nankorluq əlamətidir. Hər kim bu nankorluöğu rəva görəcəksə, bu, Qarabağda xunta rejiminin 30 illik meydan sulamasndan sonrakı aqibətindən daha da pis olacaq. Qarabağdakı xunta rejiminin rəhbərlərinin cəzalandırılması Azərbaycan ərazisində bir daha separatizm dalğasının olmayacağına etibarlı bir zəmanət yaratmış oldu”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...