"Fransa ilə münasibətlərə yenidən baxılmalıdır"
Ramil Hüseynov: “Bütün diplomatik əlaqələri kəsmək üçün prosesə başlamq lazımdır”
“Biz 30 ildən çox diplomatik əlaqələrə malik olduğumuz Fransa ilə münasibətlərə yenidən baxmalıyıq”.
Versus.Az xəbər verir ki, bunu “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Fransanın anti-Azərbaycan oyunları, Ermənistanı silahlandiracağını bəyan etməsi ilə bağlı açıqlamasında bildirib.
R.Hüseynov Fransanın BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamələrin lehinə səs verdiyini önə çəkib. Bildirib ki, Fransa Azərbaycan müstəqillik qazanandan sonra ölkəmizlə diplomatik əlaqələr quran dövlətlərdən bir biri olub. Onun fikrincə, Azərbaycanla bu münasibətləri diplomtik və siyasi böhran həddinə gətirən Makrondur və bunun səbəbləri də maraqlıdır:
“Biz öz torpaqlarımızı işğaldan azad etmişik. Bundan sonra da xırda problemlərin ardan qaldırılması üçün addımlarımızı atacağıq. Bu bizim daxili və ədalətli işimizdir. Kimsənin buna qarışmağa haqqı yoxdur. Özünü bütün mənalarda erməni diasporasına təslim edən bir şəxsin terrordan mayalanan bir ölkəyə yardım etməsi, silah göndərmısi terrorizmə dəstək verməkdir. Tarixi Avropa ölkəsinin halına baxın görün hansı oyunlarda iştrak edir. Bu Fransanın tarixində bir qara ləkə kimi qalacaq və bunun müəllifi də erməni diasporasının əlində kukla olan Makron olacaq. Öz dövlətinin imzasına hörmət qoymayan siyasətçidən yaxşı nəsə gözləmək olmaz”.
Ekspert hesab edir ki, Fransa bu addımlarla heç nəyə nail ola bilməz. O, hesab edir ki, bütün hallarda dövlətimizə qarşı təhdid yaratmağa cəhd edən istənilən addıma və siyasi prosesə kəskin reaksiyamız olmalıdır. R.Hüseynovun fikrincə, Fransa ilə bütün diplomatik əlaqələri kəsmək üçün prosesə başlamq lazımdır.
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"