Şimərlik voleybolu üzrə komandalarımız mübarizəyə başlayır

13:36 05-10-2023 | icon 380 | İdman
Şimərlik voleybolu üzrə komandalarımız mübarizəyə başlayır

Azərbaycanın çimərlik voleybolu üzrə iki klubu Avropa Kubokunda (Beach Volley European Cup) mübarizəyə başlayır.

 

Versus.Az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) ilk dəfə təşkil etdiyi yarış Türkiyənin Balıkesir şəhərində təşkil olunacaq.

 

Bu gün start götürən turnirdə qadınlardan ibarət “Azərreyl”, kişilərdə isə “Murov Az Terminal” komandaları mübarizə aparacaq. Hər iki kollektiv A qrupunda yer alıb.

 

“Azərreyl”in rəqibləri “Beach Volley Training Beinasco” (İtaliya), “Re Beach Club” (Fransa), “Bergstrand BV” (Avstriya), “Altınyurt Spor Kulübü” (Türkiyə) olacaq.

 

“Murov Az Terminal” isə “Beach Volley Training Beinasco” (İtaliya), “ABC Wörthersee” (Avstriya), “Beachbol La Malva Valencia” (İspaniya), “Kartal Anadolu Spor Kulübü” (Türkiyə) ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, Avropa Kuboku oktyabrın 8-də başa çatacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR