Çempionlar Liqasında tarixi REKORDLAR

13:42 05-10-2023 | icon 290 | İdman
Çempionlar Liqasında tarixi REKORDLAR

UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin II turuna yekun vurulub.

 

Versus.Az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən gün E, F, G və H qruplarında keçirilən oyunlardan sonra maraqlı statistik göstəriciləri açıqlayıb.

 

Baş tutan qarşılaşmalar bəzi tarixi rekordlarla yadda qalıb.

 

- Fransa klubu PSJ-ni üstələyən İngiltərə təmsilçisi “Nyukasl” (4:1) Çempionlar Liqasında ən böyükhesablı qələbəsini qazanıb. Bu həm də parislilərin 2004-cü ildən bəri qrupdakı ən böyükhesablı məğlubiyyətidir. Fransızlar həmin vaxt İngiltərənin “Çelsi” klubuna 0:3 hesabı ilə uduzmuşdular. PSJ ÇL-də sonuncu dəfə 2017-ci ildə 4 və daha çox qol buraxıb. Komanda 2016/2017 mövsümünün 1/8 final mərhələsində İspaniya “Barselona”sına 1:6 hesabı ilə məğlub olmuşdu.

- PSJ-nin baş məşqçisi Luis Enrike son 3 səfər matçının hamısında komandasının 3 və daha çox qol buraxmasına üzülüb. Onun rəhbərliyi altında 2017-ci ildə “Barselona” rəqib meydanında PSJ-yə 0:4, İtaliyanın “Yuventus” komandasına isə 0:3 hesabı ilə yenilib.

- İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Fil Foden ÇL-in ardıcıl 6 fərqli mövsümündə qol vurmağı bacarıb. İndiyə qədər cəmi 9 ingilis oyunçu bunu bacarıb. Ancaq heç biri bu göstəriciyə gənc yaşda nail olmayıb.

- Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə qolsuz bərabərə qalan İtaliya “Milan”ı I turda da eyni nəticə ilə yadda qalmışdı. “Rossonyerlər” turnirin ilk iki matçında qolsuz heç-heçə edən 4-cü komanda olublar. Ona qədər 1993/1994 mövsümündə “Qalatasaray” (Türkiyə), 2002/2003-də AEK (Yunanıstan), 2005/2006-da isə “Vilyarreal”ın (İspaniya) ilk iki matçında qol qeydə alınmayıb.

- “Milan” ÇL-də ardıcıl 4 oyundur qol vurmur. Bu, onların turnir tarixində ən uzun qolsuzluq seriyasıdır.

- İspaniyanın “Atletiko” klubu doğma meydanda Niderland təmsilçisi “Feyenoord” önündə 1:2 hesabı ilə geri düşsə də, sonda 3:2-lik qələbə qazanıb. Madridlilər ikinci dəfə bu şəkildə geridönüş etməyi bacarıblar. İlk dəfə 2020-ci ildə “Zaltsburq”la (Avstriya) matç eyni ssenari ilə keçib.

- “Feyenoord”la qarşılaşmada “Atletiko”nun hücumçusu Alvaro Morata dubla imza ataraq, ÇL-də ümumi qol sayını 25-ə çatdırıb. O, 1955-ci ildən bəri baş tutan turnir tarixində 25 qol həddini keçən 4-cü ispaniyalıdır. Daha əvvəl Raul Qonsales (71 qol), Fernando Moryentes (39), Pako Gento (31) bunu bacarıblar.

- Tarixdə ilk dəfə 4 yaponiyalı futbolçu Çempionlar Liqasının bir oyununda start heyətində meydana çıxıb. “Seltik” (Şotlandiya) - “Latsio” (İtaliya) qarşılaşmasında meydan sahiblərinin heyətində Reo Hatate, Hyun-Yun Yan və Kyoqo Furuhaşi, qonaqlarda isə Daiçi Kamada ilk dəqiqələrdən mübarizə aparıblar.

- II turun 8 oyununda ilk qolu buraxan komanda sonda qalib gəlib. Turnir tarixində ilk dəfə bir mərhələdə bu qədər geridönüş olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR