Alimlərdən həyəcan təbili

07:57 06-10-2023 | icon 330 | Dünya
Alimlərdən həyəcan təbili

Avropanın ən hündür zirvəsi iki metrdən çox kiçilib

 

Avropanın ən hündür zirvəsi hesab edilən Alp dağ silsiləsindəki Monblan son 10 ildə 2,2 metr kiçilib.

 

Bu barədə Yuxarı Savoyya departamentinin tədqiqatçıları xəbərdarlıq ediblər.

 

Ölçmələr bir qrup topoqraf, alim və idmançılar tərəfindən aparılıb. Onların hesablamalarına görə, dağın hazırkı hündürlüyü 4805,59 metrdir.

 

Qeyd edək ki, bu prosedur iki ildən bir həyata keçirilir. Tədqiqatçıların sözlərinə görə, dağın hündürlüyü hər il zirvədəki yağıntı və qar əriməsindən asılı olaraq bir qədər dəyişir. Lakin hazırkı nəticə rekordlar üzrə ən aşağı göstəricidir. Belə ki, əgər 2001-ci ildə tədqiqatçılar dağın hündürlüyünü 4810,40 metr olaraq qeyd ediblərsə, o vaxtdan 2019-cu ilə qədər 4808 metrdən aşağı düşməyib, ancaq həmin vaxt 4806 metr qeydə alınıb. Bu o qədər aşağı göstərici hesab edilib ki, hətta bir müddət açıqlanmayıb.

 

“Biz indi Monblanı izləməliyik ki, növbəti bir neçə il ərzində yüksəkliyindəki eniş tendensiyasının davam edəcəyini, yoxsa zirvənin iki-dörd ildən sonra yenidən qalxacağını bilək. Amma biz buzun qalınlığının azalmağa doğru getdiyini hiss edirik”, - deyə geomorfoloq Lüdovik Ravanel bildirib. Onun fikrincə, tendensiya təsdiqlənərsə, 2100-cü ilə qədər Alp buzlaqları öz həcminin 99%-ni itirəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR