Böyrəklərin öldüyünü göstərən 10 VACİB ƏLAMƏT
Dünyada böyrək problemi yaşayan insanların sayı elə də az deyil. Sadəcə, əksəriyyəti həmin problemlərin mövcudluğundan xəbərsizdir. Onlar simptomlar haqqında məlumatlı deyillər.
Simptomlar bunlardır:
Tez yorulmaq. İnsan hər hansı adi işi görərkən belə, tez yorulur və özünü gücdən düşmüş kimi hiss edir.
Göz ətrafındakı şişkinlik. Bu, o deməkdir ki, böyrəklərdə maye yığılıb və həmin maye limfa damarları vasitəsilə gözlərə çatıb.
Ödəmlər və ya ayaqların alt hissəsindəki şişkinliklər. Bunlar böyrəklərinizin protein itirməsindən qaynaqlanır. Bəli, orqanizmdə zülal disbalansı yarandıqda hüceyrələrin ətrafına maye yığılmağa başlayır. Yerin cazibə qüvvəsinin təsirilə bu maye aşağıya-ayaqlarınıza tərəf çəkilir.
Gecə tez-tez sidiyə getmək. Düzdür, bu duruma diabet xəstələrində daha çox rast gəlinir, yenə də, bir çox problemlərin xəbərçisi saymaq olar. Məsələn; insulin müqaviməti. Bəli, insulin müqaviməti varsa, demək, böyrək təhlükədədir.
Sidikdə köpüklənmə. Təsəvvürünüzdə canlandırmaq üçün deyim: pivəni şüşədən stəkana tökəndə yaranan köpükləri görmüsünüz, hə? Baxın, sidikdə də eynən bu cür köpüklənmə yaranır. Səbəb sidikdə zülalın çox olmasıdır.
Yüksək təzyiq. Hərçənd, təzyiqin yüksəlməsi bir çox səbəblərdən baş verir, yenə də, böyrəklərin üsyanını nəzərə almaq lazımdır. Təzyiq mütəmadi olaraq yüksəlirsə, demək, böyrəklərdə xəsarət vardır.
Ürəkbulanma. Xüsusilə, səhər yuxudan oyandığınızda ürəyiniz bulanırsa, böyrəklərdəki hansısa problemin sürətlə irəliləməsindən şübhələnməyə dəyər. Yəni böyrəklər filtrləmə gücünü itirib, toksinlər orqanizmdən atılmaq əvəzinə, bütün gecə boyunca üst-üstə qalaqlanıb.
Uremik donma. Bu, o deməkdir ki, sidik turşusu tər vəziləri ilə dəriyədək gəlib çıxır. Dərinin üzərində sidik duzu kristallarını müşahidə etmək olur. Səbəb böyrəklərdə zülal mübadiləsinin pozulmasıdır.
İştahın azalması. Ağızda metal dadı, acqarına başlayan ürəkbulanmalar varsa, iştahın azalması normaldır. Lakin bir də var, ümumiyyətlə, yemək haqqında düşünməmək. Yox, fasiləli aclıqdan, ya da orucdan danışmıram. Söhbət günbəgün yeməklərdən iyrənmədən gedir. Əgər belə bir vəziyyət yaşayırsınızsa, həkimə müraciət edin və böyrəklərinizi müayinə etdirin.
Hazırda böyrəklərin müalicəsi 5 mərhələlidir. Əgər 5-ci mərhələyədək heç bir tədbir görülmədisə, hemodializ və ya böyrək köçürülməsi qaçınılmazdır. Dializ üçün həftədə bir neçə dəfə xəstəxanaya getməli, orada aparata qoşulmalısınız. Bu da həyat keyfiyyətinizi aşağı salmaqdan əlavə, həyat tərzinizi kökündən dəyişməyə də vadar edir.
Böyrək xəstəlikləri üçün mövcud tibbi müalicələr müəyyən simptomların aradan qaldırılmasına hesablanıb. İçilən dərmanların hamısının tərkibində toksin var. “Dərman bir yandan xeyir edirsə, o biri yandan ziyan edir” deyirlər ha, eynən bu vəziyyət yaranır! Simptomları aradan qaldırmaq üçün içilən dərmanlar böyrəkləri də, qaraciyəri də toksinlərlə yükləməyə davam edir. Bu da o deməkdir ki, mövcud problem azalmaq əvəzinə, get-gedə böyüyür.
İrəliləmiş böyrək xəstəliyi üçün heç bir müalicə yoxdur. Görülən bütün tədbirlər simptomların yönünü dəyişir, vəssalam! Qan təzyiqini stabilləşdirmək, qanda şəkərin səviyyəsini nizamlamaq üçün dərmanlar yazılır, ödəmlərin əmələ gəlməməsi üçün sidikqovucular içmək tövsiyə edilir. Bu gün sizə toksin tərkibli dərmanların alternativi olan təbii vasitələrdən danışacağam. Amma bəribaşdan deyim ki, tətbiq etməmişdən əvvəl həkiminizlə məsləhətləşməyiniz vacibdir.//oxu24.com/
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...