Peru Konqresindən 27 Sentyabr - Anım Günü ilə bağlı BƏYANAT

09:38 06-10-2023 | icon 363 | Siyasət
Peru Konqresindən 27 Sentyabr - Anım Günü ilə bağlı BƏYANAT

Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edilib.

 

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

 

Bəyanatda 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın ölkəmizə qarşı yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan tərəfinin təxribat xarakterli addımlarına cavab tədbirləri gördüyü və nəticədə 44 günlük Vətən müharibəsi ilə bu ölkənin təcavüzünə son qoyulduğu bildirilir.

 

Ermənistan tərəfindən otuz ilə yaxın, milli, mədəni və dini irsin məhv edilməsi, həmçinin hərbi cinayətlərin törədilməsi, minaların basdırılması, urbisid və ekosidin həyata keçirildiyi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalından sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə geri qaytarılması kimi başlıca vəzifənin həllinə şərait yaradıb.

 

Daha sonra yeni dövrün başlanmasına səbəb olan, regionda reallıqları dəyişən və beynəlxalq ədaləti bərpa edən 44 günlük Vətən müharibəsində öz vətəndaşlarının müdafiəsinə qalxaraq qəhrəmancasına şəhid olan əsgər və zabitlərin əziz xatirəsini hörmətlə anmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-də elan edilmiş Anım Gününü qardaş Azərbaycan xalqının dərin hüznlə qeyd etdiyi vurğulanır.

 

Sonda Azərbaycan xalqına başsağlığı verilir və Vətənin azadlığı uğrunda mübarizə aparmış bütün şəhidlərin xatirəsinə dərin ehtiram ifadə olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...