Parlamentdə Natiq Qasımovdan DANIŞILDI

12:00 06-10-2023 | icon 499 | Siyasət
Parlamentdə Natiq Qasımovdan DANIŞILDI

“Əminəm ki, Müzəffər Ali Baş komandanımıza Natiq Qasımovla bağlı dəqiq məlumat verilsə, o haqq etdiyini alacaq”.


Versus.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib:

 

“Hətta Xocalıda bir küçəyə onun adı verilə bilər. Mən 6 il əvvəl onun ailəsi və yaxınları ilə danşıqlar aparmışam. Bununla bağlı araşdırmam sosial şəbəkədə var. Ümid edirəm ki, bununla bağlı məsələ həllini tapacaq”.

 

Qeyd edək ki, bir neçə gün öncə erməni cəlladlarının 1992-ci ildə əsir götürdüyü azərbaycanlı döyüşçü Natiq Qasımovun dindirilməsi zamanı çəkilən fotolar yayılıb. 23 nəfər Xocalı sakinini xilas etmək naminə düşmənə təslim olan Natiq Qasımov haqqında “Oğul” sənədli filmi çəkilib. Film Böyük Britaniyanın “Broken Pot Media” şirkəti çəkib. Filmin rejissoru və ssenari müəllifi Karan Sinqh üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə söhbət edib.

 

İtaliyalı hərbi fotoqrafın lentə aldığı fotolarda azərbaycanlı döyüşçünün dindirilməsinin Xocalı qatili Vitali Balasanyan tərəfindən aparıldığı görünür. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...