"Fransa özünü erməni dövləti kimi aparır"

12:33 06-10-2023 | icon 384 | Siyasət
"Fransa özünü erməni dövləti kimi aparır"

Bəhruz Məhərrəmov: "Biz sülhün bir addımlığındayıq, amma..."

 

“30 il maskalanmağa çalışan Fransa bu gün açıq formada özünü erməni dövləti kimi aparır. Korrupsiya yuvası Avropa Parlamenti son bir aya yaxın dövrdə bütövlükdə gündəmini Azərbaycana həsr edib. Nəyə görə, çünki, Azərbaycan beynəlxlaq hüququn aliliyini təmin edib. Separatizmlə mübarizədə effektiv nəticə ilə cənab İlham Əliyev bir çoxlarına ustad dərsi keçib. Puçdemonun həbsini ayaqüstə alqışlayan riyakarlar bu gün Qarabağdakı qondarma rejimin “liderlərinin” həbsindən narahatlıq ifadə edir”.

 

Versus.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov bildirib. 

 

“Bizim mövqeyimiz aydındır, müdafiə olunmağa da, haqqımızı söküb almağa da gücümüz var. Bu prosesdə əsas Ermənistan diqqətli olmalıdır.  Ermənistan ilk növbədə məhz Azərbaycanla əməkdaşlıq nəticəsində düşdüyü dalandan çıxa biləcəyini anlamalıdır. Ermənistan üzünü bölgəyə tutmalı, xüsusən Azərbaycan-Türkiyə tandemindən maksimum yararlanmağa çalışmalıdır. Xüsusən artıq “Qarabağ” adlı bir problem qalmadığı, bunu etməyin çox daha asan olduğu bir şəraitdə"- deyə B.Məhərrəmov deyib.

 

Azərbaycanın bir reallıq yaratdığını vurğulayan deputat qeyd edib ki, bu reallıq dəyişməyəcək:

 

"İndi Avropa Parlamenti bizə sanksiya tətbiq etdi nə fərq edər, yaxud etmədi nə fərq edər! Biz artıq güclüyük və bir az daha dərindən təhlil edilsə başa düşmək çətin deyil kim-kimdən daha çox asılıdır və kim kimə möhtacır. Biz sülhün bir addımlığındayıq. Amma görünən odur ki, Avropa Parlamenti, Fransa, Almaniya kimi subyektlər bu bir addımlıq məsafəyə israrla burunlarını soxmaq istəyirlər. Əlbəttə bizim üçün onların nə sözlərinin, nə özlərinin heç bir qiyməti yoxdur. Amma eyni zamanda bilsinlər ki, Avroparlamentdə şərəfini satmış siyasətçiləri kim, necə və neçəyə danışdırır bizə bəllidir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...