"Qarabağdakı haydillilər qaçqın, məcburi köçkün deyillər”

13:19 06-10-2023 | icon 352 | Siyasət
"Qarabağdakı haydillilər qaçqın, məcburi köçkün deyillər”

Sahib Alıyev: “Oyun bitib, regionun gələcəyi Qranadada, Brüsseldə yox, burda müəyyənləşir”

 

“Deyirlər ki, qaçqınlar öz yurdlarına dönməlidir. Əlbəttə, qaçqınlar qayıtmalıdır və onlar indi Ermənistan adlanan yerdə etnik təmizləmə ilə üzləşənlərdir. Qarabağdakı haydillilər nə qaçqındılar, nə də məcburi köçkün”.

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Sahib Alıyev Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı bildirib.

 

Deputat qeyd edib ki, Qarabağdakı ermənilərin hamısı Ermənistan pasportu daşıyan və Azərbaycanın qalıb vətəndaşlarımız olaraq yaşamaq təklifinə rəğmən öz istəkləri ilə Qarabağı tərk edənlərdir:

 

“Onları necə qaçqın, yaxud da məcburi köçkün adlandırmaq olar? Bəli, onların yaşadıqları yerləri diqtə altında tərk etdikləri sirr deyil. Amma bu, Azərbaycanın yox, kosovolular kimi öz qanadları altında geri qaytaracaqlarını vəd edənlərin diqtəsi olub”.

 

Deputat qeyd edib ki, Avropa Parlamentinin növbəti antiAzərbaycan addımları, davranışlarından belə təəssürat yaranır ki, qərbdə yeni papa Urban peyda olub, yaxud da elə Fransa prezidenti özü papa Urbandır:

 

“Min il bundan öncənin standartlarıyla çıxış edənlərin Qarabağı Edessaya, yaxud da 12-13-cü əsrlərdə Yaxın Şərqdə yaratdıqları digər 3 knyazlığa çevirməliri isə mümkünsüzdür. Belə bir planları varsa, fiaskoya uğrayacaq. Çünki əllərində bizə qarşı faydalana biləcəkləri heç bir kartları yoxdur”.

 

Deputat qərbdəki bəzi çevrələrə səslənib:

 

“Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi də göstərmədimi ki, biz 11-ci deyil, 21-ci əsrdə yaşayırıq? Özlərini din təəssübkeşi kimi göstərənlər siz axı Vatikandakı dağılan katakomların bərpasına bir qəpik belə ayrımaq istəmirdiniz, bunu Anqlikan Kilsəsinin Bakıda səfərdə olan rəhbəri Arxiyepiskop Castin Velbinin də vurğuladığı kimi Azərbaycan etdi. Anlayın ki, oyun bitib, regionun gələcəyi Qranadada, yaxud da Brüsseldə yox, burada müəyyənləşir. Məhz dünən Xocalıda bayrağımızın qaldırılması da onun növbəti təsdiqidir”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...