Ruben Vardanyanın apellyasiya şikayəti RƏDD EDİLDİ
Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışan və sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılan Ruben Vardanyanın həbsindən verilən apellyasiya şikayəti rədd edilib.
Versus.Az xəbər verir ki, onun vəkili Afət Qazıyeva müvəkkili barəsində seçilən həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılıb.
Məhkəmə birinci instansiya məhkəməsinin qərarını əsaslı sayaraq, şikayəti rədd edib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"