“Xəzər üzərində yelləncək” - PREMYERA
“Xəzər üzərində yelləncək” filminin premyerası olacaq.
Versus.Az xəbər verir ki, eyniadlı romanın ssenarisi əsasında çəkilən ekran işində baş rolları əsərin müəllifi Mariya Suvorovskaya, Rusiyada yaşayan Azərbaycan əsilli aktyor Emil Həsənzadə və aktrisa Duyğu Dəvəli canlandırıb.
Filmdə bəhs edilən hadisələr Bakıda cərəyan edir. Süjetin mərkəzində klassik sevgi üçbucağı mövzusu var: Taşa – Ruslan – Leyla. Film ərzində baş verən proseslər bir daha sübut edir ki, insanlar arasında mental və mədəni fərqlər həqiqi sevgiyə və xoşbəxtliyə mane ola bilməz.
Azərbaycan, Rusiya və digər MDB ölkələrində təqdimatı olacaq “Xəzər üzərində yelləncək” “Biznes-dialoq media” şirkətinin sifarişi ilə “Caspian Media Group” tərəfindən çəkilib.
Filmin rejissoru Qulu Əsgərov, baş prodüseri Hüseyn Cavadzadə, ssenari müəllifi Nicat Dadaşov, operatoru Rauf Qurbanəliyev, ekranlaşdırmanın ideya müəllifi Səadət Qarayevadır.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...