Əlaqəli, ya ayrı-ayrı PROSESLƏR

19:46 09-10-2023 | icon 503 | Siyasət
Əlaqəli, ya ayrı-ayrı PROSESLƏR

İran, Zəngəzur, Qranada, Sülh müqaviləsi, Putinin Valday çıxışı, rus sülhməramlıları...

 

 

 

 

 

 

VÜQAR DADAŞOV
/siyasi ekspert/

 

Azərbaycanın 2020-ci il Vətən müharibəsində Ermənistan və onun havadarları üzərində möhtəşəm qələbəsindən sonra, Azərbaycana qarşı açıq və ya gizli düşmənçilik siyasəti yeridən dövlət və beynəlxalq təşkilatların Azərbaycanın yaratdığı reallıqları qəbul etsə də, vəziyyəti dəyişdirmək cəhdlərindən geri çəkilmədi.

 

Fransa, İran, Rusiya demək olar ki, Qarabağ məsələsini tam həll olmasına həm siyasi, diplomatik və hətta hərbi təxribatlarla mane olmağa çalışırdı. 19 sentyabr 2023-cü ildə Azərbaycanın başladığı “lokal antiterror tədbirləri” Qarabağ məsələsini tam həll etdi. Azərbaycan öz suverenliyini bərpa etdi. Dünyanın nəhəng dövlətlərinin, siyasətçilərinin himayədarlıq etdiyi separatçıları, Azərbaycan xalqının qanına bulaşmış cinayətkarları, terrorçuları  Azərbaycan həbs edərək cinayət məsuliyyətinə cəlb etməsi əlbəttə ki, Azərbaycan dövlətinin gücünün, siyasi iradəsinin sübutu kimi, həm də Azərbaycan xalqının məğlubiyyətlə barışmazlığının və qisas hissinin ölməzliyinin sübutudur. Azərbaycanın dünya qarşısına qoyduğu reallıqlar, bir sıra ölkələri  Azərbaycan qarşı düşmənçilik siyasətinə korreksiya etməyə məcbur etdi.

 

İranın Azərbaycana qarşı düşmənçilik mövqeyinin dəyişməsi, daha doğrusu görüntüsünün yaranması birmənalı olaraq məcburiyyətdəndir. Əvvəla, İran Azərbaycan arasında  “etimadın bərpası” anlayışı doğru deyil. Çünki, İran və Azərbaycan arşında heç bir zaman etimad olmayıb ki, onu da bərpa etmək olsun. İran Azərbaycana, türk etnosuna qarşı apardığı siyasət genetik,  milli və dövlət  təhlükəsizliyi anlayışlarına  kökləndiyindən  İran və Azərbaycan arasında səmimi dostluq, mehriban qonşuluq münasibəti mümkün deyil.  Bu iki dövlət arasında, ancaq praqmatik ehtiyaca malik mehriban düşmənlər münasibəti mövcud ola bilər. İranın Zəngəzur dəhlizinə alternativ variantını təqdim etməsi və iki dövlət arasında müvafiq razılaşmanın imzalanması, ilk növbədə İranın Zəngəzur dəhlizinin acılamasına əngəlin özüdür. Çün ki, İran bu variantla Azərbaycanın qərb rayonları ilə Naxçıvan arşında mümkün koridoru öz ərazisinə keçirməklə faktiki olaraq Türkiyəni, Azərbaycanla və Asiya ilə fiziki bağlantısına imkan vermək istəmir. Əgər İran Zəngəzur dəhlizin əleyhinə çıxıb və ona alternativ öz ərazisində yol təklif etməsəydi, təbii ki, Çin, Rusiya başda olmaqla digər dövlətlər Ermənistan ərazisindən Zəngəzur dəhlizinin açılması ilə iqtisadi maraqlarını təmin etmək üçün Ermənistana lazımı təzyiqlər edib Zəngəzur dəhlizinin açılması realasa bilərdi. Hərçənd ki, Zəngəzur dəhlizi söhbəti bitmiş deyil.

 

O ki, qaldı Azərbaycanın imtina etdiyi Qranada görüşünün Bəyanatına hansı ki, Avropa İttifaqı, Almaniya, Fransa və Ermənistan liderlərinin imzaladığı bəyanatla Ermənistan Azərbaycanın 86600 kv. km ərazisində  tanımasının elan etməsi, elə Ermənistan dövlətinin suverenliyinin qorunması üçün siyasi və hüquqi xarakterli baza yaratmaq cəhdidir. Bəllidir ki, Ermənistan Sovet dövründə Azərbaycan torpaqları hesabına 9000 kv.km ərazidən 29900 kv. km əraziyə qədər böyüdülüb və Azərbaycan torpaqları SSRİ rəhbərliyi tərəfindən Azərbaycanın razılığı və heç bir sənəd imzalanmadan  Ermənistana verilib. Qranada bəyanatında Ermənistan və Azərbaycan ərazilərinin suverenliyinin və ərazilərinin konkret sahəsinin göstərilməsi Azərbaycandan qopardırılaraq Ermənistana qanunsuz  verilmiş torpaqlara necə deyərlər “kodastr” qazanmaqdır. Qranada görüşündən sonra Fransa prezidenti Makronun və XIN-nin başçısı Kolonnanın Azərbaycana qarşı mümkün sanksiyaların mahiyyət etibarı ilə əleyhinə çıxması barədə açıqlamaları faktiki olaraq Azərbaycana qarşı şantaj və hədə-qorxu kimi dəyərləndirilməlidir. Ona görə ki, Fransa Azərbaycandan Qranada bəyanatına oxşar mahiyyətli sənədlə Ermənistanın qanunsuz əldə etdiyi Azərbaycan ərazilərinin Ermənistan ərazisi kimi tanımasına nail olmaq istəyir.

 

Əslində də bu gün Azərbaycan üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasını prioritet  deyil. Ona görə ki, Ermənistan imza atdığı heç bir sənədə hörmət  etmir. 10 noyabr 2020-ci il Moskva Bəyanatının əsas 4 və 9-cu müddəalarını Ermənistan icra etmədi. Bir mənalı olaraq Fransa başda olmaqla bir sıra dövlətlər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin konkret dövlətlərin ərazilərinin sahəsi göstərməklə imzalanmasına çalışır. Düşünürəm ki, indiki vəziyyətdə  Azərbaycan Ermənistanla sülh müqaviləsi mahiyyətli sənədə o halda imza ata bilər ki, sərhəd və ərazilərin sahəsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal faktı, təzminat məsələləri əlavə danışıqlar predmeti olsun. Sülh müqaviləsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev  “İşğal reallıqları, müharibə reallıqları, post müharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Ermənistana lazım deyilsə, bizə də lazım deyil. Ondan sonra görək, baxaq bunun axırı nə olacaq?!”, - deyə vurğulayıb. Azərbaycan üçün artıq Ermənistanla mütləq sülh müqaviləsinin imzalanmasının zərurəti yoxdur. Əgər Ermənistan buna maraqlıdırsa, ağrılı güzəştlərə getmək məcburiyyətindədir. Onsuz da, Azərbaycan Ermənistana öz işini, hədəfini həvalə edən deyil.

 

Rusiya prezidenti Vladimir Putin 06 oktyabrda Valday Forumunda çıxışı zamanı Ermənistan Azərbaycan münasibətlərinə toxunaraq çıxışında Ermənistanın faktlar qarşısında belə işğalçılıq istəyindən geri çəkilmədiyi qənaətini ortaya qoydu. Əlbəttə ki, Putinin çıxışının hədəfi indiki Ermənistan hakimiyyəti-Paşinyan iqtidarı olsa da, çıxışdan bir daha bəlli oldu ki, Rusiya onun köməyi ilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin Ermənistana verilməsinin rəsmiləşdirilməsinə çalışıb. Rusiya prezidentinin çıxışı həmdə onu göstərdi ki, Rusiya erməni xalqına yaxşılıqlar etdiyi halda xəyanətlər görüb və Ermənistan dövlətinin varlığı daha çox  Rusiyanın öz marağındadır. Rusiyada və Ermənistanda belə bir deyim, düşüncə var idi ki, Rusiya Ermənistan hakimiyyətinin yox, erməni xalqının müttəfiqidir. Ancaq Paşinyan hakimiyyətinin ən böyük qələbəsi məhz erməni xalqının düşüncəsində formalaşmış “Rusiya erməni xalqının müttəfiqidir” stereotipini əhəmiyyətli dərəcədə dəyişə bilməsidir. Azərbaycanla müharibədə ağır məğlubiyyətə uğrayan, mütəmadi aksiyaların keçirilməsinə, Rusiyanın təzyiqlərinə baxmayaraq, Paşinyanın  Ermənistan hakimiyyətinin başında qalmasına səbəblərdən biri də məhz həmin o stereotipin dəyişməsidir. Yeri gəlmişkən, müqayisəsi o qədər uyğun olmasa da, Rusiya Ukraynaya qarşı apardığı təcavüzkar müharibədə müəyyən ərazilər işğal edə bilsə də, strateji baxımdan Qərbin qələbəsi budur ki, Rusiyanı dünya nəhənginə, güc mərkəzinə çevrilməsində müstəsna xidməti olan qardaş slavyan xalqları arasında bağışlanmaz düşmənçilik və nifaq sala bildi. Bu isə Rusiya sərhədlərində daimi düşmən qazanmaq deməkdir. Həmçinin Paşinyan da erməni düşüncəsində ruslara qarşı düşüncəni müəyyən mənada əyə bildi.

 

Rusiya prezidenti Putin Vladay Forumunda Qarabağdakı rus “Sülhməramlılarının missiyası yalnız atəşkəs rejiminin qorunmasından ibarət idi, orada sülhməramlıların başqa hüquqları yoxdur”- deyə açıqlaması əlbəttə ki, Azərbaycanın istəklərinin reallaşması kimi dəyərləndirmək olar.  Eyni zamanda da Rusiyanın TASS agentliyinin məlumatına görə  Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlıların regiondan çıxması müddətini müzakirə etmək məqsədilə oktyabrın 6-da İrəvana səfər edəcək. Qeyd olunan xəbərə Vladimir Putinin Valday Forumunda rus sülhməramlılarının Qarabağda qalması məsələsinin yalnız iki tərəfli əsasda, yəni Bakı-Moskva arasında həll ediləcəyi barədə fikirləri, onu deməyə əsas verir ki, artıq rus sülhməramlılarının Azərbaycan ərazisində görə biləcəyi hər hansı fəaliyyəti olmadığından-regiondan çıxacaq.

 

Rusiya Ukrayna mövzusuna toxunmuşkən, vacib bir məqamı da qeyd etmək lazımdır hansı ki, Ermənistanla bağlı çox çətin sınaqlar vəd edir.  ABŞ və bir sıra Qərb ölkələri Rusiyaya qarşı Ukraynanın müqavimətini gücləndirtmək üçün göstərdikləri həm hərbi və həm də maliyyə yardımını dayandırdığını elan etdi. Sözsüz ki, Rusiyanın Ukrayna cəbhəsində vəziyyətinin normallaşması onun Cənubi Qafqazda daha çevik addımlar atacağına imkan yaradır. Ermənistanda Paşinyan hakimiyyətinin Rusiyaya qarşı aqressiv siyasi xətt kursunu dəyişmək üçün Rusiya hərbi gedişlərlə vəziyyəti öz xeyrinə dəyişə bilər. Ukrayna cəbhəsində baş verənlər psixoloji və həbi baxımdan Rusiyanı arxayınlıqla daha aqressiv hərəkətə keçirə bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...