Davam etdirilən dostluqlar və qurulan YENİ ƏMƏKDAŞLIQLAR
Könül İsmayılova: "Prezidentin Gürcüstanda səsləndirdiyi bəyanatlardan mesajı aldılar"
"Prezident İlham Əliyevin Tbilisiyə rəsmi səfəri də digər ölkələrə səfərləri kimi yaddaqalan oldu. Onun Tbilisidə mətbuata verdiyi bəyanatlar həmişəki kimi Azərbaycana rəqib gözlə baxan ölkələri narahat etdi. Narahat etməyə bilməzdi də".
Versus.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Tbilisiyə rəsmi səfəri ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsulişçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül xanm İsmayılova bildirib.
Könül İsmayılova qeyd edib ki, davamlı əməkdaşlıq, dövlətlər və xalqlar arasında möhkəmlənən dostluq və qardaşlıq əlaqələri ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır:
"Gürcüstanla da dostluq əlaqəmiz tarixə söykənir. Təsadüfi deyil ki, 2023-cü ilboyu digər dost ölkələr kimi Gürcüstanda da Heydər Əliyevin 100 illiyi qeyd edilir. Tarix unudulmur. Çox da uzaq olmayan tarixə nəzər yetirək: Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadze hələ sovetlər dövründə xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Tarixdən bəllidir ki, Azərbaycan və Gürcüstan hər zaman bir-birini dəstəkləyib".
Xanım siyasətçi Azərbaycan Prezidentinin hər iki ölkə arasındakı dostluq bağları ilə bağlı fikirlərinə diqqət çəkib:
"Prezidentimiz Tbilisidəki çıxışı zamanı bildirib ki, “Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu və sair”. Ölkə başçısı onu da diqqətə çatdırıb ki, - “Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi”. Baxın, Prezidentin Gürcüstanda səslənən bəyanatlarındakı mesajları da aldılar. Onun çıxışındakı xüsusi tonla səslənən fikirlər Azərbaycana qarşı kin bəsləyən ölkələri hələ çox düşündürəcək.
Qeyd edim ki, cənab Prezident Gürcüstanla qarşıda duran böyük əməkdaşlıq planlarından da bəhs edib. Onu da vurğulayıb ki, əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik var. Elə bu gündəliyə uyğun da Azərbaycan-Gürcüstan əməkdaşlığı bütün sahələr üzrə uğurla davam etdiriləcək".
PƏRİ
versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"