Şuşada Şimali Kiprlə bağlı ÇAĞIRIŞ

17:47 10-10-2023 | icon 290 | Siyasət
Şuşada Şimali Kiprlə bağlı ÇAĞIRIŞ

“Şimali Kipr Türk Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək zirvə görüşünə də dəvət ediləcəyinə əminik”.

 

Versus.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İƏT Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclasında çıxışı zamanı deyib.

 

O, Şimali Kiprin İƏT-in üç müşahidəçi üzvündən biri olduğunu xatırladıb:

 

“Müşahidəçi üzvlərin İƏT-in bütün toplantılarına və zirvə görüşlərinə dəvət edilmələrinə və açıqlama ilə çıxış etmələrinə icazə verilməlidir”.

 

Qeyd edək ki, bu gün Şuşada Azərbaycanın sədrliyi ilə İƏT-in Nazirləri Şurasının 27-ci iclası keçirilib. Toplantıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin, İran xarici işlər nazirinin müavini Mehdi Səfəri və təşkilata üzv olan digər dövlətlərin xarici siyasət idarələrinin rəhbərləri və təmsilçiləri iştirak ediblər.

 

Bundan başqa, Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu müşahidəçi qismində tədbirə qatılıb.

 

İclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndirilib, təşkilatın gündəliyində duran cari məsələlər müzakirə olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR