İnsultun əsas ƏLAMƏTLƏRİ

12:18 11-10-2023 | icon 404 | Sağlamlıq
İnsultun əsas ƏLAMƏTLƏRİ

Rusiyalı nevroloq Olqa Zinçeva insult əlamətləri haqqında danışıb. O bildirib ki, iki cür insult var - işemik və hemorragik. Lakin birincisinə statistik olaraq daha çox rast gəlinir.

 

Həkim deyir ki, işemik insult, beyində hansısa qan damarının tıxanması və ya spazm olması səbəbindən inkişaf edir. Bəzən beyində şiş qan damarının sıxılması və ya nəzarətsiz hipertoniya səbəbindən olur. Ancaq hemorragik insult beyin damarının yırtılması səbəbindən meydana gəlir.

 

Nevroloq insultun birinci əlaməti kimi baş ağrısını qeyd edib. Onun sözlərinə görə, hamıda baş ağrısı olur, lakin insult vaxtı olan başağrı tamamilə fərqlidir. Bir çox insan bunu başın arxasına balta və ya bıçaqla vurulması kimi təsvir edir, lakin ağrı küt və çox güclü hiss olunur. Bədənin mövqeyini dəyişdirərkən və ya öskürərkən belə ağrı daha da güclənə bilər. Bundan əlavə, insult zamanı tarazlıq və koordinasiya itkisi ilə başgicəllənmə tez-tez baş verir. Bütün bunlar ürəkbulanma və qusma ilə müşayiət olunur. Amma miqrendən fərqli olaraq, qusmadan sonra heç bir rahatlanma baş vermir.

 

Başqa bir əlamət, beynin zədələnən bölgəsindən asılı olaraq bədənin bəzi hissələrində uyuşmadır. Belə ki, xəstənin ayağı, üzü, dili tutula, huşunu itirə bilər. Gülümsəmə qabiliyyətinin itməsi də insultun əlamətlərindədir. Həkim həmçinin nitq pozğunluğunu da simptom adlandırıb. Zinçeva bu əlamətlər olduğunda dərhal həkimə müraciət etməyi məsləhət görür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Məktəblərarası biologiya yarışması keçirilib

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI