MHB Udmurtiya Azərbaycanlıları İttifaqı ilə MÜQAVİLƏ BAĞLADI

18:29 12-10-2023 | icon 502 | Cəmiyyət
MHB Udmurtiya Azərbaycanlıları İttifaqı ilə MÜQAVİLƏ BAĞLADI

Onların miqrasiya və digər problemləri araşdırılacaq, həllinə çalışılacaq

 

Müstəqil Həmkarlar Birliyinin (MHB) İdarə Heyəti və hazırda Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Udmurtiya Respublikasının deputatı, Udmurtiya Azərbaycanlıları İttifaqının sədri cənab Elgiz Hacıyev arasında görüş keçirilib.

 

Versus.Az xəbər verir ki, bu barədə MHB-nin Mətbuat Xidmətinin məlumatında bildirilib. Qeyd edilir ki, həmin görüşün nəticəsi olaraq iki təşkilat arasında əməkdaşlıq müqaviləsinin imzalanması razılıq əldə olunub.

 

Bu gün bir araya gələn iki təşkilatın rəhbərliyi gələcək əməkdaşlıq haqqında geniş müzakirələr aparıb. Müzakirələrin əsasını təşkil edən mövzulardan biri Müstəqil Həmkarlar Birliyinin Udmurtiyada yaşayan azərbaycanlıların həm sosial, həm miqrasiya problemlərinin həll olunmasında, hüquqlarının müdafiəsində onlara dəstək olması, soydaşlarımızın vətənlə əlaqələrinin qorunub saxlanılmasında, Ana vətəndə baş verən ən son yeniliklərlə bağlı, xüsusilə işğaldan azad olunuş torpaqlarımızda, Qarabağda baş tutan yenidənqurma və bərpa işləri ilə bağlı soydaşlarımızın MHB tərəfindən məlumatlamdırılmasının həyata keçirilməsi qeyd olunub.     

Müstəqil Həmkarlar Birliyi Udmurtiya azərbaycanlılarının sosial, mədəni, kültür, miqrasiya və digər problemlərini araşdıracaq, dövlət səviyyəsində işıqlandıracaq, bu problemlərin həll olunmasında bütün mümkün imkanlardan istifadə edəcək, məsələlərin həlli üçün vasitəçi rolunu oynayacaq.

Müstəqil Həmkarlar Birliyi Udmurtiyada yaşayan azərbaycanlıların oradakı hüquqlarının müdafiəsinin eynilə vətəndəki kimi təşkil olunması, soydaşlarımızın MHB onların bütün problemləri ilə yaxından əlaqədar olacaq və onları güvəndə hiss etdirəcək təşkilat olaraq tanımasını üçün bu müqavilədəki bütün öhdəliklərinin yerinə yetirilməsində bütün imkanlarından istifadə edəcəkdir.
       

Udmurtiya Azərbaycanlıları İttifaqı da müqavilənin həmin təşkilatın üzərinə düşən öhdəliklərini yerinə yetirmək 2çün bütün imkanlarını səfərbər edəcəkdir.

 

 

Aysel Azimqızı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq