“Qərəzli mövqe tutan dairələr geri çəkilmək məcburiyyətində qalırlar”

09:47 16-10-2023 | icon 268 | Siyasət
“Qərəzli mövqe tutan dairələr geri çəkilmək məcburiyyətində qalırlar”

Elşad Mirbəşir: “Şərait yaratdıq ki, Ermənstanın torpaqlarımızda törətdiyi vandalizmi görsünlər”

 

Azərbaycan öz dövlət sərhədlərini bərpa edib suverenliyini təmin etdikcə, informasiya hücumları daha da intensivləşir. Ermənistanı özünə alət edən xaricdəki havadarları Azərbaycanı haqsız durumda təqdim etmək çün cəhdlərindən əl çəkmir. Qarabağda müşahidə olunan erməni köçünü “etnik təmizləmə, deportasiya” kimi təqdim etməyə çalışan maraql güclər indi də bu bəhanələrini işə salıblar.

 

Belə bir ərəfədə Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasının 2-ci dəfə Qarabaga səfər etməsi hansı reallığın ortaya çıxmasına imkan yaradacaq. Azərbaycan bu missiyaya sərait yaratmaqla nə əldə edir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən deputat Elşad Mirbəşir hesab edir ki, BMT missiyasının regiona gəlməsi bizim üçün əhəmiyyətlidir.

 

Onun sözlərinə görə, bu gün Ermənistan və onu dəstəkləyən dairələr Azərbaycan əleyhinə kampaniya aparmaqda davam edir, qərəzli mövqelərin formalaşdırılması üçün əllərindən gələni edirlər.

Lakin Azərbaycan hər zaman öz davranışlarında beynəlxalq konvensiyalara, hüquq normalarına istinad edib və bu gün bunu dünyaya nümayiş etdirməlidir:

 

“2023-cü il sentyabr ayının 19-20-də Azərbaycan konstitusiya quruluşunun bərpası və ərazi bütövlüyümüzün təmin olunması istiqamətində lokal xarakterli antiterror tədbirlərini görən zaman Avropa Parlamenti ölkəmizə qarşı olduqca qərəzli mövqe nümayiş etdirdi. Bunu Ermənistana münasibətdə Azərbaycanın aqressiyası, deportasiya siyasəti kimi qiymətləndirməyə çalışdı. Lakin bir həftə sonra Avropa İttifaqı etiraf etmək məcburiyyətində qaldı ki, Azərbaycan əməliyyatları öz ərazisində aparıb və ermənilərə münaibətdə çox humanist davranıbdır.  Yəni Avropanın mövqeyinin bu cür dəyişməsini şərtləndirən başlıca məqam həqiqətləri çox ciddi şəkildə arqumentləşdirərək ictimailəşdirməkdən ibarətdir. Yəni bu informasiya münarizəsində hücum xarakterli addımlar atanda, qərəzli dairlər geri çəkilmək məcburiyyətində qalırlar. Bu o demək deyil ki, onlarda məlumatlar və təsəvvürlər olmadığı üçün belə qərəzli mövqe tuturlar, yox. Sadəcə olaraq Azərbaycan öz mövqelərini daha inamla qorumaq imkanlarını sərgiləyən zaman q ərəzli mövqe tutan dairlər geri çəkilmək məcburiyyətində qalırlar”.

 

E.Mirbəşir belə bir fonda beynəlxalq nümayəndələrin Azərbaycana səfərə dəvət edilməsini ən düzgün yanaşmalardan biri kimi dəyərləndirib:

 

“2020-ci ildən sonra beynəlxlq kütləvi informasiya vasitələrinin təmsilçilərini işğaldan azad etdiyimiz ərazilərə dəvət etdik. Onlara şərait yaratdıq ki, Ermənstanın torpaqlarımızda törətdiyi vandalizmi görsünlər. İndiki şəraitdə də BMT missiyası 2-ci dəfə Qarabağ ərazisnə səfər etdi. Yenə də onlara nümayiş etdiririk ki, ermənilərə qarşı heç bir etnik təmizləmə halı baş verməyib. Onlar bir daha görəcəklər ki, könüllü şəkildə Azərbaycan ərazilərini tərk etmiş ermənilərin evlərinə toxunulmayıb. Azərbaycan reinteqrasiya çağırışlarına səmimidir, infrastruktur, həyat şəraiti yerindədir. Bütün bunlar bizim haqlı mövqelərimizin dünya tərəfindən qəbul olunması baxımından çox əhəmiyyətlidir, bu bizim informasiya müstəvisində mövqelərimizi gücləndirir, addınmlarımızı daha da təsirli edir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...