Partiya sədri Prezidenti təbrik etdi
"Güclü, qüdrətli, demokratik Azərbaycan uğrunda fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq"
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Versus.Az xəbər veriri ki, məktubda deyilir:
"Cənab Prezident! Hörmətli Ali Baş Komandan!
Dünənki gün, 15 oktyabr 2023-cü il Azərbaycanın 200 illik tarixində bir dönüş nöqtəsi oldu. Xankəndi, Xocalı, Xovacənd, Ağdərə və Əsgəranda ucaldılan müqqəddəs üçrəngli bayrağımız təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə Cənubi Qafqazın tarixinin yenidən yazıldığı gün kimi tarixə düşdü.
Anti-terror tədbirləri ilə düşmən işğalından azad olunmuş torpaqlarımızda Dövlət Bayrağımızın ucaldılması bütün dünya ermənilərinə və onların havadarlarına gözdağı olmaqla yanaşı həm də şəhidlərimizin qanının yerdə qalmadığını bütün dünyaya nümayiş etdirmiş oldu.
Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusu ərazilərimizdə separatizmə yer olmadığını və xam xəyallarla yaşamağın fayda verməyəcəyini erməni toplumu üçün birdəfəlik anlatmış olmaqla xalqımıza böyük xoşbəxtlik və sevinc bəxş etdi.
Azərbaycanın Konstitusiya quruluşu və suverenliyinin bərpası ilə ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyacağı da qətiyyən şübhə doğurmur.
Cənab Prezident!
Azərbaycan Milli İstiqlal Partiyası olaraq Sizi bu möhtəşəm gün münasibətilə təbrik edir, güclü, qüdrətli, demokratik Azərbaycan uğrunda fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq".
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"