Əsrlərə bərabər qürurlu anlar
Əli Mənsimli: “Bu zəfər xalqımıza tarixi genini, kimliyini xatırlatdı”
“İnsan həyatında bir ömrə bərabər anlar olduğu kimi , dövlətlərin, xalqların da həyatında əsirlərə bərabər anlar olur. Prezident İlham Əliyev 15 oktyabr 2023-cü ildə Azərbaycan üçrəngli bayrağını Xankəndidə ucaltmaqla hər birimizdə bir ömrə bərabər, dövlətimizin tarixində əsrlərə bərabər çox qürurlu anlar yaşatdı”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında deputat Əli Mənsimli bildirib.
Ə.Mənsimli qeyd edib ki, Xankəndi şəhərinin mərkəzi meydanında Azəbaycan bayrağının qaldırıldığı an, iki əsirdən artıq zaman kəsiyində bir çox dövlətlərin Azərbaycana qaşı yeritdiyi məkirli siyasətin təhlükəli alətinə çevrilmiş erməni oyunlarının rəsmən bitdiyi andır:
“Xankəndidə qaldırılan üçrəngli bayraq bütün ərazilərdə suverenliyin bərpa edilməsi ilə yanaşı həm də zaman-zaman bizə böyük insan, torpaq itkilərinə, dağıntılara, humanitar fəlakətə məruz qoyan qüvvələrin acınacaqlı sonluğunu Azərbaycan ərazilərinin işğalına, xalqının istirabına göz yuman beynəlxalq təşkilatların aqibətini nümayiş etdirdi. Bu zəfər xalqımıza tarixi genini, kimliyini xatırlatdı, öz mənliyini bərpa etdi".
Tahirə Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"