Xankəndidə uzun illərdən sonra ilk dəfə...
Musa Qasımlı: “Prezident İlham Əliyev dövlət bayrağımızı ucaltmaqla daha bir ilkə imza atdı”
“Oktyabrın 15-də ən böyük tarixi hadisəyə şahidlik etdik. 21-ci əsrin ən böyük görkəmli dövlət və siyasi xadimi cənab Prezident İlham Əliyev Xankəndidə uzun illərdən sonra ilk dəfə dövlət bayrağımızı ucaltmaqla tariximizdə daha bir ilkə imza atdı. 1988-ci ildən bəri ilk dəfə olaraq o ərazilərimizdə dövlət suverenliyini qurdu. Bu, millətimizin uzun ilərdən bəri arzu və istəklərinin yerinə yetirilməsi olub, daha geniş məna daşıyır”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirib.
Onun sözlərinə görə, dövlət suverenliyimizin tam qurulması, milli ləyaqət, milli fəxarət, milli başucalıq günüdür:
“Bu millətimizin və dövlətimizin düşmənlərinə qarşı yenilməz sərkərdə qətiyyəti, mahir diplomatiyası ilə dayanaraq, təklif edilən yarımçıq qərarlarla qətiyyən razılaşmayan uzun illər boyu mümkünsüz hesab edilən bir məsələnin inanılmaz ustalıqla həll edilməsidir”.
M.Qasımlı qeyd edib ki, Xankəndidə dövlət bayrağımızın qaldırılması əsrlər boyu dövlətimizə, bütün türk xalqlarına qarşı qurlaşdırılmış çirkli planların tarixin zibilliyinə atılması, türk xalqlarının başının uca edilməsi, milətimizin və dövlətimizin taleyində parlaq üfiqlərin açılması olduğundan seçicilər bu günün dövlət bayramı günü kimi qeyd olunmasını istəyir. Deputat, bu təklifin müzakirə olunacağına ümid etdiyini bildirib.
Tahirə Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"