“Bu qələbə Ulu Öndərin 100 illik yubileyinə ən böyük töhfədir”
Sahibə Qafarova: "Prezidentin qaldırdığı Dövlət Bayrağımız bu qədim diyarımızda əbədi dalğalanacaqdır"
“Oktyabrın 15-də cənab İlham Əliyevin Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində Dövlət Bayrağını ucaltmasını bütün xalqımız böyük qürurla izlədi. Üç il öncə eyni duyğuları biz Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə və digər şəhərlərdə bayrağımız yüksələrkən yaşamışdıq”.
Versus.Az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova deyib.
Spiker qeyd edib ki, Prezidentin Xankəndi şəhərində etdiyi proqram xarakterli çıxış onun Ulu Öndər Heydər Əliyev və xalqımız qarşısında bir növ hesabatı idi.
“Cənab Prezidentin də dediyi kimi, onun rəhbərliyi ilə 20 il ərzində görülən işlər Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının artırılmasına, torpaqlarımızın işğaldan azad edilməsinə, xalqımızın firavan həyatının qurulmasına yönəlmişdir. Həyata keçirilən dövlət siyasəti milli maraqlarımızın qorunmasını və irəli aparılmasını təmin etmişdir. Düşmən üzərində qazanılan möhtəşəm qələbə Ulu Öndərin 100 illik yubileyinə ən böyük töhfə olmuşdur”.
Spiker Prezidentin öz çıxışında separatçılara havadarlıq edən dövlətlərə, Ermənistanda revanşizm fikrindən əl çəkməyən qüvvələrə mesaj verdiyini bildirərək, onları Vətən müharibəsindən və antiterror tədbirlərindən dərs almağa çağırdığını qeyd edib:
“Xalqımız əmindir ki, biz Qarabağa həmişəlik qayıtmışıq, möhtərəm cənab Prezidentin qaldırdığı Dövlət Bayrağı bu qədim diyarımızda əbədi dalğalanacaqdır”.
Tahirə Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"