“X” yeni istifadəçilər üçün ödənişli olacaq

10:15 19-10-2023 | icon 462 | Maraqlı
“X” yeni istifadəçilər üçün ödənişli olacaq

“Oxumaq pulsuzdur, lakin yazmaq üçün…”

 

“X” (keçmiş “Twitter”) sosial şəbəkəsi yeni hesab açanlar üçün ödənişli ola bilər.

 

Belə ki, mesaj yazmaq, digər istifadəçilərlə əlaqə yaratmaq istəyən yeni hesabların istifadəçiləri üçün illik birdollarlıq abunənin sınaqdan keçirilməsinə başlanılıb.

 

Şirkət bəyan edib ki, bu qərar xidmətlə bağlı spam, bot və digər manipulyasiyaların sayını azalda bilər.

 

“Oxumaq pulsuzdur, lakin yazmaq üçün ildə bir dollar”, - deyə “X” şəbəkəsinin sahibi İlon Mask sosial media hesabında yazıb.

 

“Bu, real istifadəçiləri bloklamadan botlarla mübarizə aparmağın yeganə üsuludur”, - deyə milyarder əlavə edib.

 

Şirkətin sosial şəbəkədəki bloqunda verilən məlumata görə, “Bot deyil” adlı pilot abunəlik Yeni Zelandiya və Filippində fəaliyyətə başlayıb.

 

Ödəniş etməyən yeni istifadəçilər sosial şəbəkədə mesaj yazmaq, bəyənmə düyməsini basmaq, yazışmalarda cavab vermək və s. kimi müəyyən funksiyalardan istifadə edə bilməyəcəklər. “Bu test mövcud istifadəçilərə aid edilmir”, - deyə məlumatda qeyd edilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR