AMİP-in Məmməd Araz ÇAĞIRIŞI
"Məmməd Arazın 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunsun"
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Qərəgahında İstiqlal şairi, Milli İstiqlal Partiyasının qurucularından olan Məmməd Arazın 90 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Bu barədə Versus.az-a partiyanın mətbuat xidmətindən bildirilib.
Tədbirdə AMİP-in fəxri lideri Etibar Məmmədov, AMİP sədri Arzuxan Əlizadə, Məmməd Arazın yaxın dostu, AMİP Qurucularından İsa Məmmədov, AMDP sədri Fərəc Quliyev, Milli Azadlıq Hərəkatının fəallarından Bədrəddin Quliyev, Gürcüstanın “Gürcüstan Naminə” Partiyasının sədri Fazil Əliyev, AMİP veteranları Aydın Əliyev, Eldar Qoşunoğlu, Vidadi Bəşirov, Ceyran Ənsər və digərləri iştirak ediblər.
Tədbir iştirakçıları Məmməd Arazla bağlı xatirələrini, eləcə də 18 oktyabr 1991-ci il tarixdə Müstəqiiliyimizn bərpasından 15 oktyabr 2023-cü il Dövlət Suverenlimizin bərpasına qədər keçən tarixə nəzəzr salıb, fikirlərini bölüşüblər.
Məmməd Arazın 90 illik Yubileyinin Dövlət səviyyəsində qeyd olunmasının vacibliyini qeyd edən milli istiqlalçılar bununla bağlı müvafiq qurumlara çağırış ediblər.
PƏRİ
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"