Koronovirusun Altsheymer və ifliclə əlaqəsi ARAŞDIRILDI

08:24 20-10-2023 | icon 372 | Sağlamlıq
Koronovirusun Altsheymer və ifliclə əlaqəsi ARAŞDIRILDI

ABŞ-li tədqiqatçılar belə qənaətə gəliblər ki, koronavirusa yoluxma Altsheymer xəstəliyi və Cillan-Barre sindromunun inkişaf riskini artıra bilər.

 

İki araşdırmaya görə, Altsheymer xəstəliyi və Cillan-Barre sindromu həyatında ən azı bir dəfə bu virusa yoluxanlarda daha çox rast gəlinir.

 

Mütəxəssislərin fikrincə, koronavirus infeksiyası beyin dumanlanması, baş ağrıları və konsentrasiyanın itirilməsi kimi problemlərlə əlaqəlidir. Bu simptomlara məruz qaldıqda, demansiyanın ən çox yayılmış forması olan Altsheymer xəstəliyinin inkişafına kömək edən neyrodegenerasiya baş verir.

 

İrvayn Kaliforniya Universitetinin mütəxəssisi Tomas Leyn növbəti bir neçə il ərzində infeksiya və neyrodegenerativ xəstəliklər arasında əlaqəni dəstəkləyən yeni dəlillərin ortaya çıxacağına əmindir.

 

İkinci araşdırmada insanın immun sisteminin periferik sinir sisteminə hücum etdiyi nadir xəstəlik olan Cillan-Barre sindromu ilə koronavirus arasında potensial əlaqə gözdən keçirilib.

 

Əsasən ayaqlar, əllər və ətraflar təsirə məruz qalır, insanlar uyuşma, zəiflik və ağrı hiss edirlər. Ağır hallarda xəstələr hərəkət etmək, yerimək, nəfəs almaq və udmaqda çətinlik çəkirlər ki, bu da son nəticədə iflicə səbəb ola bilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI