Vətəndaşların NƏZƏRİNƏ

11:50 20-10-2023 | icon 432 | İqtisadiyyat
Vətəndaşların NƏZƏRİNƏ

Kirayə mexanizmi çərçivəsində yeni mənzillər təqdim olundu

 

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsinin Məhəmməd Əsədov küçəsində daha 171 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.

 

Bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

 

Bildirilib ki, mənzillər bir və ikiotaqlı olmaqla aylıq ödənişləri 376 manatdan başlayır.

 

Onlar Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 30 oktyabr 2023-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

 

İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4100-ə yaxın vətəndaşla kirayə müqaviləsi bağlanıb.

 

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122