Fələstin Ermənistanın terror yolunu gedir
Fuad Əliyev: "Birmənalı olaraq İsraili dəstəkləməliyik"
“HƏMAS”ı nə fələstin xalqı, nə də Fələstin hakimiyyəti ilə eyniləşdirmək olmaz. “HƏMAS” terrorçu təşkilatdır və İsrailin müdafiə güvvələri məhz bu terrorçu təşkilatla müharibə edir”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında prezidentliyə eks-namizəd, siyasi ekspert Fuad Əliyev bildirb.
F.Əliyevin sözlərinə görə, son terroru İsrail başlamayıb:
“Məhz HƏMAS Qəzza zolağından İsrailə hücum edib. Həmin gün İsrail ərazisinə kütləvi raket zərbələri ilə hücum 1300-dən çox insanın qətlə yetirilməsi ilə nəticələndi. Yüzlərlə günahsız insan, festivalda iştirak edən mülki şəxslər, xarici vətəndaşlar, o cümlədən Azərbaycan vətəndaşları, öldürülüb".
Fələstin prezidenti Mahmud Abbasın baş verən hadisələrin onlara aid olmadığı bəyanadına diqqət çəkən F.Əliyev vurğuladı ki, İsrail adekvat cavab verdi:
"Hətta Qəzza zolağında yaşıyanlara şimaldan cənuba getməyə vaxt verdi ki, hücum zamanı onlar həlak olmasınlar. Hesab edirəm ki, birmənalı olaraq İsraili dəstəkləməliyik. İsrail uzun illərdir ki, bütün beynəlxalq platformalarda Azərbaycanın ədalətli mübarizəsinin yanında olub, ABŞ da daxil olmaqla, bir çox ölkədə lobbiçiliyimizi edib. Təsadüfi deyil ki, azərbaycanlılar 10 Noyabr qələbəsini qeyd edəndə Türkiyə, Pakistan ilə bərabər, İsrail bayrağını da qaldırmışdılar. Biz də öz növbəmizdə İsrailin terrora məruz qaldığı bir vaxtda, terrorla mübarizə etdiyi bir vaxtda onlara dəstək verməliyik”.
F.Əliyevin sözlərinə görə “HƏMAS” və Fələstin dövləti həmişə açıq və dolayısı ilə erməniləri dəstəkləyib:
“Fələstinin istər keçmiş, istərsə indiki hakimiyyəti Azərbaycanı dəstəkləməyib. Əksinə, işğalçı Ermənistanın yanında olub, onun işğalçı siyasətini dəstəkləyib. Fələstində yetişdirilən erməni terrorçuların Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilməsində və azərbaycanlıların qətlinə şərait yaradılmasında “HƏMAS”ın birbaşa əli var. Fələstin hakimiyyəti də bu muzdlu erməni terrorçuları ilə illərdir əlaqədədir”.
Aysel Camal
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"