Hindistan XİN Kanadanı İTTİHAM ETDİ
“Kanadalı diplomatların Hindistanın daxili işlərinə qarışması Yeni Delhinin onlara qarşı müvafiq hərəkətlərinə səbəb olub”.
Bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ölkəsinin Kanada səfirliyindəki diplomatik işçilərin sayını azaltmaq qərarını izah edərkən deyib.
“Paritet qaydası Vyana Konvensiyasında nəzərdə tutulub ki, bu da müvafiq məsələdə beynəlxalq qaydadır. Mövcud vəziyyətimizdə biz paritetə əsaslandıq, çünki kanadalı personalın işlərimizə daimi müdaxiləsindən narahat idik”, - Cayşankar Hindistanın Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozması iddialarını rədd edərək deyib.
“Hindistan-Kanada münasibətləri hazırda çətin mərhələdən keçir. Amma demək istəyirəm ki, bizim yaşadığımız problemlər Kanadanın siyasi həyatının müəyyən seqmenti və ondan irəli gələn siyasətlə bağlıdır”, - nazr qeyd edib.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...