Başlayan nevrozun ilk ƏLAMƏTLƏRİ

07:16 24-10-2023 | icon 240 | Sağlamlıq
Başlayan nevrozun ilk ƏLAMƏTLƏRİ

Azərbaycanda nevroz olmayan insan az tapılır. Bir çox sinir, nevroloji və psixi xəstəlikləri insanlar ümumi nevroz altında birləşdirir və nevrozun müalicəsini axtarırlar.

 
 
Nevrozun ilkin əlamətlərini təqdim edirik:
 
 
- Hər şeyə irad tutmaq, qıcıqlanmaq. Ən lazımsız, dəyərsiz xırda bir şey, qonşunun baxışı, işdə kolleqanın sualı səni özündən çıxarır. Dərhal hamıya həyatda necə düzgün yaşamağı başa salmaq istəyirsən. Fikirlərini də çox emosional bildirirsən.
 
- Küsəyənlik, tez incimək. Özünə münasibətdə, davranışda ancaq neqativ görürsən. Hər kəs hər şeyi qəsdən edir. Yaxşını isə görmürsən.
 
- Takıntı halı. Keçən həftə başına gələn kiçik neqativi və ya kiminsə sözünü unutmursan. Ürəyində onunla mübahisə edir, necə cavab verəcəyəni düşünür, özünü qınayırsan.
 
- Düşmən axtarmaq. İstənilən həyat vəziyyətlərində ancaq neqativ axtarırsan. Çox adam sənə ədalətsiz görünür. Müdir yaramazdır, qonşular paxıldır, internetdə yalançılardır, dünyada hər kəs sənə zərbə vurmağa çalışır.
 
- Yuxusuzluq, narahat yuxu – nə qədər yorğun olsan da, rahat yatmırsan, hətta yuxuda da günün problemini düşünüb, ürəyində kimisə asıb kəsirsən. Səhər də heç yatmamış və dincəlməmiş oyanırsan.
 
 
Əgər artıq bu problemlər varsa, nevroloq və psixiatra müraciət edin.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122